MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Auditorlar Palatasının nümayəndəsi İstanbul şəhərində keçirilən 11-ci Beynəlxalq Mühasibatlıq Konfransında iştirak etmişdir

2014-11-07

Auditorlar Palatasının nümayəndəsi İstanbul şəhərində keçirilən 11-ci Beynəlxalq Mühasibatlıq Konfransında iştirak etmişdir


Auditorlar Palatasının nümayəndəsi İstanbul şəhərində keçirilən 11-ci Beynəlxalq Mühasibatlıq Konfransında iştirak etmişdir

 

Auditorlar Palatasının Kadr hazırlığı və beynəlxalq əlaqələr idarəsinin rəisi Səbuhi Gülməmmədov 2014-cü il 31 oktyabr-2 noyabr tarixlərdə Türkiyənin İstanbul  şəhərində Mühasib Akademiklərin Tədqiqatı və Əməkdaşlıq Fondunun “Mühasibatlıq Tədqiqatının Fənlərarası Aspektləri” mövzusunda 11-ci Beynəlxalq Mühasibatlıq Konfransında iştirak etmişdir.

S.Gülməmmədov tərəfindən hazırlanmış “Azərbaycanda uçotun şəffaf qurulması üçün şirkətlərdə istifadə olunan kompüter proqramları” mövzusunda məruzə əvvəlcədən aidiyyatı ünvana göndərilərək konfransın materiallarına daxil edilmişdir.

Sabancı Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans geniş sosial elmi araşdırmalar aparmaqla mühasibat təqdiqatçılarını bir-birinə yaxınlaşdırmaq, mühasibatlığın təsir yoluna dair məsələləri qaldırmaq və sosial, siyasi, iqtisadi mühitlər və digər məhdudlaşdırılmayan psixologiya, davranış və korporativ maliyyə, korporativ idarəetmə və etika kimi fənlər tərəfindən təsir göstərilməsi məqsədini daşımışdır.

Tədbirdə mühasibat nəzəriyyəsi və təcrübəsinin irəliləyişlərinə dair məsələlər, aparılmış tədqiqatların nəticələri, yeni ideyalar, mühasibatlıq və başqa fənlər arasında qarşılıqlı təsir və. s məsələlər müzakirə edilmişdir. 2 sessiyadan ibarət olan konfransda müasir nəzəriyyə və praktika təhlil edilmiş, mühasibatlıq araşdırmasının  tarixi və fənlərarası ölçüləri yoxlanılmış, siyasi alternativləri müzakirə edilmiş və yeni prespektivləri, dəyişiklikləri tədqiq edilmişdir.

Konfransda mühasibatlığa maraq göstərən bir çox xarici ölkələrin və Türkiyənin ali universitetlərinin, audit qurumlarının (TÜRMOB) rəhbərləri, nümayəndələri təmsil edilmiş və maraqlı məruzələri dinlənilmişdir.

Konfransın işi başa çatdıqdan sonra iştirakçılarla işgüzar görüşlər keçirilmiş, təcrübə mübadilələri aparılmış və təqdim olunmuş materiallar Azərbaycana gətirilmişdir. Hesab edirik ki, həmin materiallar ölkəmizdə auditin inkişafı istiqamətində peşəkar fəaliyyətimiz zamanı faydalı olacaqdır.



  

  

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur