MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2014-12-18

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ

AUDİTORLAR PALATASI ŞURASININ

NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

 

2014-cü il 16 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvləri, Komitə və auditor təşkilatları rəhbərlərinin iştirakı ilə Palata Şurasının aşağıdakı məsələləri müzakirə edilmişdir:
 

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planı və Palata Şurasının 2015-ci il üzrə iş planı layihəsinin müzakirəsi barədə;

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasında (2012-2020-ci illər) nəzərdə tutulan tədbirlərin icrası barədə;

3. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahanların təşkili barədə;

4. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası  yanında  fəaliyyət göstərən «Milli auditə dəstək üzrə Komitənin Əsasnaməsi»nin təsdiq edilməsi barədə;

5. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən «Metodik Komitənin Əsasnaməsi»nin təsdiq edilməsi barədə;

6. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitənin 2014-2015-ci illər üzrə iş planının layihəsi barədə;

7. Azərbaycan Respublikası Auditorlar Palatası ilə xarici tərəfdaşlar arasında əməkdaşlığa dair saziş və memorandumların hazırlanması və imzalanması barədə;

8. «Milli Fəaliyyət Planı»nın 12.5-ci bəndinə müvafiq olaraq yoxlamaların  risk  qiymətləndirilməsi  sistemi  əsasında  təyin  edilməsi  barədə və digər məsələlər müzakirə edilmişdir.

 

Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.




        

        

        

        

        



Foto: R.ƏLƏKBƏROV

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur