MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyası (ACCA) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlıq uğurla davam etdirilir

2015-03-05

Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyası (ACCA) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlıq uğurla davam etdirilir


Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyası (ACCA) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlıq uğurla davam etdirilir

 


2015-ci il 13 fevral tarixində Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyasının Ukrayna, Baltik və Qafqaz ölkələri üzrə nümayəndəsi xanım Natalya Vovçuk ilə Auditorlar Palatasında görüş keçirilmişdir.

Görüş zamanı ACCA ilə Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Azərbaycan təmsilçisi Auditorlar Palatası arasında səmərəli əməkdaşlığın davam etdirilməsinə və onun gələcək inkişaf perspektivlərinə, habelə İFAC qarşısında qoyulan üzvlük öhdəliklərinin yerinə yetirilməsinə dair işgüzar müzakirələr aparılmışdır.

Görüşdə həm də 2015-ci ilin 7-8 may tarixlərində Bakıda keçiriləcək Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Baş Assambleyasının növbəti illik iclasının və həmin tədbir çərçivəsində nəzərdə tutulan «Kiçik və orta müəssisələrdə beynəlxalq maliyyə hesabatı, etika və audit standartlarının tətbiqi: problemlər və perspektivlər» beynəlxalq elmi-praktik konfransda ACCA-nın iştirakı məsələləri də müzakirə olunmuşdur.

ACCA ilə Auditorlar Palatası arasında əməkdaşlıq çərçivəsində İFAC-ın Beynəlxalq Standartlarının sertifkatlaşdırılan kurslarda tədrisinə  dair məsələlər də müzakirə edilmişdir.

Müzakirə zamanı ACCA ilə Auditorlar Palatasının bundan sonra da sıx əməkdaşlığının davam etdirilməsi məqsədəmüvafiq hesab edildi.

ACCA-nın Ukrayna, Baltik və Qafqaz ölkələri üzrə nümayəndəsi xanım Natalya Vovçuk Auditorlar Palatasının Fəxri qonaqlar kitabında öz ürək sözlərini qeyd etdi və Palatanın işlərinə uğurlar arzu etdi.



  


  

  



Foto: R.ƏLƏKBƏROV

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur