MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2015-ci il 13 mart tarixində Auditorlar Palatasında “265 saylı BAS: Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetmə səlahiyyətlərinə malik şəxslərə və rəhbərliyə bildirilməsiı” və “300 saylı BAS: Maliyyə hesabatlarının auditinin planlaşdırılması” mövzularında seminar keçirilmişdir

2015-03-13

2015-ci il 13 mart tarixində Auditorlar Palatasında “265 saylı BAS: Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetmə səlahiyyətlərinə malik şəxslərə və rəhbərliyə bildirilməsiı” və “300 saylı BAS: Maliyyə hesabatlarının auditinin planlaşdırılması” mövzularında seminar keçirilmişdir

2015-ci il 13 mart tarixində Auditorlar Palatasında “265 saylı BAS: Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetmə səlahiyyətlərinə malik şəxslərə və rəhbərliyə bildirilməsiı” və “300 saylı BAS: Maliyyə hesabatlarının auditinin planlaşdırılması” mövzularında seminar keçirilmişdir

 

Ölkə Prezidentinin proqram xarakterli göstərişlərinin rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) qarşısında götürdüyü üzvlük öhdəliklərinə  və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 8.2-ci “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silisilə seminarların keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə auditor xidmətinin Beynəlxalq Audit Standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Məqsəd Azərbaycan Respublikasında auditor fəaliyyətinin Beynəlxalq təcrübəyə əsaslana işlək normativ-hüquqi sənədlər bazası ilə təmin edilməsi, bu növ fəaliyyətdə obyektivliyin, müstəqilliyinin və şəffaflığın artırılması, auditin keyfiyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi və inkişafı üçün zəruri şəraitin yaradılmasından ibarətdir.           

Bu məqsədə nail olmaq üçün Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının 2013-cü il versiyasının ayda iki dəfə olmaqla seminar şəklində Auditorlar Palatasının üzvü olan auditorların nəzərinə çatdırmaqdır.

Ona görə də 2015-ci il 13 mart tarixində Auditorlar Palatasının əməkdaşlarının və üzvlərinin iştirakı ilə növbəti seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq, Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışdı və bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində üzvlərimizin diqqətinə çatdırılacağını qeyd etdi. Sonra seminarda, “RR-VAM Beynəlxalq Audit Konsaltinq” MMC-nin direktoru, auditor Abbasəli Qurbanov “265 saylı BAS: Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetmə səlahiyyətlərinə malik şəxslərə və rəhbərliyə bildirilməsiı” və “300 saylı BAS: Maliyyə hesabatlarının auditinin planlaşdırılması” mövzularında geniş məruzə ilə çıxış etdi və peşəkar müzakirələr aparıldı.

İnanırıq ki, belə tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası ərazisində auditor xidmətinin beynəlxalq audit standartları əsasında davamlı icrasını təmin edərək və orada müzakirə olunan məsələlər auditor xidməti göstərilən zaman obyektivliyin, müstəqilliyin və şəffaflığın artırılması, auditin keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor və auditor təşkilatları üçün faydalı olacaqdır.

Beynəlxalq Audit Standartlarının tətbiqinə dair “315 saylı (düzəliş edilmiş) BAS: İqtisadi subyekt və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi” və “ 320 saylı BAS: Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik” mövzularında seminar 2015-ci il 31 mart tarixində saat 11:00-da Auditorlar Palatasında keçiriləcəkdir (Məruzəçi: Sərbəst auditor Nazim Axundov).






 
  

  



Foto: R.ƏLƏKBƏROV

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur