MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Turizm və Menecment Universiteti ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair saziş imzalanmışdır

2015-03-17

Azərbaycan Turizm və Menecment Universiteti ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair saziş imzalanmışdır

 


Azərbaycan Turizm və Menecment Universiteti ilə Auditorlar Palatası arasında  əməkdaşlığa dair saziş imzalanmışdır

 


2015-ci il 17 mart tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasının və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda audit fəaliyyəti və bu sahədə kadr hazırlığına tələblər” mövzusunda Seminar keçirilmişdir.

Tədbirin açılışında Universitetin rektoru, professor Cəfər Cəfərov çıxış edərək, ilk öncə tədbir iştirakçılarını salamlayaraq onlara öz təşəkkürünü bildirmiş, imzalanacaq əməkdaşlıq Sazişinin müddəalarına nəzər yetirərək qarşılıqlı əlaqələrin daha mütəşəkkil bir vəziyyət alacağına ümid etdiyini vurğulamış və bildirmişdir ki, iki qurum arasında bağlanacaq sazişin məqsədi Azərbaycanda maliyyə, mühasibat uçotu, audit və turizm sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsini ümumiləşdirmək, ölkənin gələcək inkişafı naminə daha peşəkar mütəxəssis yetişdirməkdir. Bu sənəd kadr hazırlığı, təlim və tədris prosesinin təşkilini, elmi-tədqiqat işlərinin aparılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini əhatə edir. Həmçinin diqqətə o da çatdırılıb ki, əməkdaşlığın məqsədi təhsilin inkişafı, Azərbaycanda dövlət təşkilatları, peşəkar qurumlar və biznes strukturları ilə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq mühitinin  formalaşdırılması, dünya elmi nailiyyətlərinin idarəetmənin və sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsinə kömək etməkdir. Daha sonra Auditorlar Palatasının sədri, professor Vahid Novruzov çıxış edərək bildirmişdir ki, Sazişin əsas prinsiplərindən biri Universitet tələbələrinin  sahə təcrübələri keçmələri üçün şəraitin yaradılması, tələbələrin və müəllim heyətinin seminarlarda iştirakının təmin edilməsidir. Hər iki qurum arasında Əməkdaşlığa dair Saziş imzalandıqdan sonra, “Azərbaycanda audit fəaliyyəti və bu sahədə kadr hazırlığına tələblər” mövzusunda ilk birgə seminar işə başlamışdır.

Seminarda Universitetin müəllimi dosent Ənvər Salahov – “Azərbaycan Turizm və Menecment Universitetində Audit fəaliyyəti üzrə mütəxəssis hazırlığının istiqamətləri” mövzusunda və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov - “Turizm sektorunda hesabatlıq və audit maliyyə şəffaflığının təminatçısıdır” mövzularında məruzə ilə çıxış etmişlər.

Sonda tərəflər arasında qarşılıqlı fikir mübadiləsi və peşəkar müzakirələr aparılmışdır.



        

        

        

        



Foto: R.ƏLƏKBƏROV

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur