MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim iştirakçıarına sertifikatlar təqdim edildi

2018-01-24

 “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim iştirakçıarına  sertifikatlar təqdim edildi

 “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim iştirakçıarına sertifikatlar təqdim edildi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi əhəmiyyət kəsb edir.

Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci il 18 - 22 dekabr tarixlərində “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim keçirilmişdir. Təlim “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Azərbaycan Respublikasındakı Filıalının, “Deloitte & Touche” MMC-nin, “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-nin, "Barattson School of Business & Finance" Tədris Mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən aparılmışdır.

Təlimdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını, “Azərsun” Holdinqi, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatını, “Turanbank” ASC-ni, “NABUCCO A&C” MMC-ni, “Green Tech" MMC-ni, “İnter-Tobacco” MMC-ni, “CN Co.LTD”  şirkətini, Bioloji Təbabət Klinikasını, Şamaxı Müalicə Diaqnostika Mərkəzini, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, “Azərbaycan İnşurans Brokinq” Sığorta Şirkətini, Bakı Nəqliyyat Departamentini, “Təmiz Qaz” MMC-ni, “Modern Group of Companies” MMC-ni təmsil edən 23 nəfər nümayəndələri iştirak etmişdir. 2018-ci il 24 yanvar tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında təlimdə iştirak edən şəxslərə sertifikatların təqdim edilməsi mərasimi keçirildi.

Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Auditorlar Palatasının sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov iştirakçıları salamlayaraq, təlimi müvəffəqiyyətlə bitirmiş nümayəndələri təbrik etmiş və sertifikatlarını təqdim etmişlər. Natiqlər təlimlərin keçirilməsində əsas məqsədin demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının tətbiqi, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara öz töhfələrini verməkdən ibarət olduğunu vurğulamışlar.

Təlimlər 2018-ci il 22 yanvar tarixindən müntəzəm olaraq davam etdirilir.

 

https://azertag.az/xeber/Telim_istirakchilarina_sertifikatlar_teqdim_olunub-1130965

https://report.az/biznes/ask-ve-auditorlar-palatasi-maliyye-hesabatlarinin-hazirlanmasi-ile-bagli-telim-kecirib/

 

                             

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur