MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasında “İdxal-ixrac əməliyyatlarının auditi” mövzusunda növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur.

2018-09-27

Azərbaycan Respublikasının Auditorlar Palatasında “İdxal-ixrac əməliyyatlarının auditi” mövzusunda növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında “İdxal-ixrac əməliyyatlarının auditi” mövzusunda

növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur.

 

 

 

2018-ci il 25 sentyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur. Auditorlar Palatasının sədri iqtisad elmləri doktoru, professor Vahid Novruzov “Dəyirmi masa” iştirakçılarını salamlayaraq müzakirəyə çıxarılmış məsələnin aktuallığından, ölkə iqtisadiyyatında şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi üçün əhəmiyyətindən danışmışdır. Daha sonra məruzəçi qismində “İdxal-ixrac əməliyyatlarının auditi” üzrə metodik vəsaitin müəllifi, sərbəst auditor Altay Cəfərov hazırladığı metodik vəsaitin məqsədindən, strukturundan və tətbiq edilən proseduralardan  danışdı və bu sənəd hazırlanarkən idxal-ixrac əməliyyatlarını təsnifatı, gömrük qanunvericiliyi və digər qanunvericilik aktlarından istifadə olunmasını, xarici təcrübəni və layihəyə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Auditorlar Palataya göndərilmiş təkliflərin də nəzərə alındığını vurğulayaraq həmin metodiki vəsaitin məziyyətləri barədə ətraflı məlumat vermişdir.  

Məruzə ətrafında müzakirələr aparılmış və “Dəyirmi Masa” iştirakçıları olan “İmdad Audit” MMC-nin direktoru İlham Süleymanov, “MB Audit” MMC-nin direktoru İslam Bayramov, sərbəst auditorlardan Vəli Kərimov və  Nazim Axundov, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov,  Auditin hüquqi təminatı və dövlət orqanları ilə iş idarəsinin rəisi Maarif Abbasov   tərəfindən konkret təkliflər verilmişdir. Sonda təkliflər nəzərə alınmaqla sənədin yenidən işlənib hazırlanaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə birgə  müzakirəsinin keçirilməsi qərara alınmışdır.



Azərbaycan Respublikasının Auditorlar Palatasında “İdxal-ixrac əməliyyatlarının auditi” mövzusunda

növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur