MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Dövlət Gömrük Komitəsinin işçi qrupunun görüşü keçirilmişdir

2018-11-20

Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Dövlət Gömrük Komitəsinin işçi qrupunun görüşü keçirilmişdir

Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Dövlət Gömrük Komitəsinin işçi qrupunun görüşü keçirilmişdir 

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən Gömrük Məcəlləsinin tələblərinə uyğun və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun bəzi maddələri nəzərə alınaraq “İdxal-ixrac əməliyyatlarının auditi üzrə metodik vəsait” layihəsi hazırlanmışdır. Hazırlanmış layihənin birgə müzakirəsi üçün 2018-ci il 14 noyabr tarixində  Azərbaycan Dövlət Gömrük Komitəsində işçi qrupu səviyyəsində görüş keçirilmişdir. Görüşdə Auditorlar Palatasının Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Səbuhi Gülməmmədov, Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi Elnur İbrahimov və metodik vəsaitin müəllifi Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərov iştirak etmişdir.

Görüşdə Metodik vəsaitin müddəalarında nəzərdə tutulmuş bir çox məsələlərə dair fikir mübadiləsi aparılmış və əlavə təkliflər irəli sürülərək qəbul edilmişdir.

Sonda Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında əməkdaşlığa dair sənədin imzalanması razılığına gəlinmişdir və xatirə şəkli çəkilmişdir.

              
                       
                   
     

                              

                       


  

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur