MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Qazaxıstan Respublikası Auditorlar Palatasının yubiley tədbirində iştirak etmişdir

2018-12-04

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Qazaxıstan Respublikası Auditorlar Palatasının yubiley tədbirində iştirak etmişdir

 

Auditorlar Palatasının nümayəndə heyəti 2018-ci il 4-7 dekabr tarixlərində Qazaxıstan Respublikasının Almata şəhərində Qazaxıstan auditinin 30 illiyinə, Qazaxıstan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyinə və Palatanın Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) üzvlüyünün 20 illiyinə həsr olunmuş yubiley tədbirdə iştirak etmişdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov yubiley tədbirində təbrik nitqi və yubiley tədbiri çərçivəsində təşkil olunan “XXI əsrdə auditin inkişaf tendensiyaları - iqtisadiyyat və cəmiyyətə təsiri” adlı elmi-praktik konfransda “Auditdə müasir dövrün çağırışları” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə tədbir iştirakçılarına    ölkəmizdə son dövrlərdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər və ölkə Prezidentinin müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verilmişdir.

Eyni zamanda yubiley tədbirində iştirak edən digər xarici ölkələrin audit qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilmiş və təcrübə mübadilələri aparılmışdır.

 

 

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur