MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

“Daxili auditin planlaşdırılnası” proqramı üzrə tədris edilən növbəti təlimin sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

2018-12-28

“Daxili auditin planlaşdırılnası” proqramı üzrə tədris edilən növbəti təlimin  sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasında beynəlxalq təcrübə əsasında daxili auditor kadrlarının hazırlanması məqsədilə növbəti “Daxili auditin planlaşdırılması” proqramı üzrə tədris kursu keçirilmişdir. Tədris “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Camal Rzayev tərəfindən aparılmışdır.
Kurslarda “Azərişıq” ASC-ni, “Azərenerji” ASC-ni, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni, “Xəzər Dəniz Gəmiçiliyi” ASC-ni, “Ernst & Yanq Holdinqs (SİAyEs) Bi.Vi.” MMC-ni, “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-ni,  “İntex Audit” MMC-ni, Azərbaycan Respublikasının Auditorlar Palatasını təmsil edən 11 nəfər nümayəndələri iştirak etmişdir. 2018-ci il 21 dekabr tarixində Auditorlar Palatasında kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.
Təqdimetmə mərasimində “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Camal Rzayev və Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Elmira Behbudova təlimi müvəffəqiyyətlə bitirmiş nümayəndələri təbrik edərək sertifikatlarını təqdim etmişlər.

 

 

 

 



 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur