MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2019-cu il 15 yanvar tarixində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.

2019-01-29

2019-cu il 15 yanvar tarixində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.

2019-cu il 15 yanvar tarixində korrupsiya hüquqpozmalarına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.
Sazişdə Vəkillər Kollegiyası və Auditorlar Palatası Azərbaycan Respublikasının Konstitusiyasını, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Auditor xidməti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2451 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017 - 2019-cu illər üçün Milli Fəaliyyət Planı”nı və digər hüquqi aktları rəhbər tutaraq, qarşılıqlı maraq doğuran məsələlərin həlli razılığına gəlmişlər.
Sazişin məqsədi vəkillik fəaliyyətinin və auditor xidmətlərinin həyata keçirilməsi zamanı Vəkillər Kollegiyası və Auditorlar Palatası tərəfindən öz səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmalarına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq fəaliyyətindən və vəkillərin və auditor xidməti göstərən şəxslərin qanuni mənafelərinin müdafiə edilməsindən ibarətdir.
İki qurum arasında bağlanmış Əməkdaşlıq Sazişində aşağıdakı müddəaların icrası nəzərdə tutulmuşdur:
-  Korrupsiya hüquqpozmaları ilə bağlı şübhələr yarandıqda, bu barədə tərəflərin qarşılıqlı məlumatlandırılması;
-  Korrupsiya hüquqpozmalarına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq çərçivəsində sorğu əsasında məlumat və sənəd mübadiləsinin aparılması, zərurət olduqda birgə tədqiqatların aparılması, analitik və metodiki materialların hazırlanması;
-  Hüquqi aktların və ya normativ xarakterli aktların layihələrinin hazırlanmasında iştirak edilməsi, həmin layihələrin birgə hüquqi ekspertizalarının və ya layihələrə dair məsləhətləşmələrin aparılması;
-  Öz səlahiyyətləri daxilində, qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlərin, elmi-praktik konfransların, seminarların təşkil edilməsi;
-  Təcrübədə aşkarlanmış problemlərin birgə müzakirəsinin həyata keçirilməsi;
-  Müvafiq sahədə vahid məlumat bazasının formalaşdırılması, habelə dövri və statistik hesabatların hazırlanması məqsədilə həyata keçirilmiş nəzarət tədbirlərinə dair məlumatların sorğu əsasında digər tərəfə təqdim edilməsi;
-  Səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmalarına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın səmərəli təşkili üçün digər müvafiq tədbirlərin görülməsi.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur