MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Auditorlar Palatasında BDO-nun nümayəndə heyəti ilə işgüzar görüş keçirilmişdir.

2019-01-30

Auditorlar Palatasında BDO-nun nümayəndə heyəti ilə işgüzar görüş keçirilmişdir.

2019 -cu il  yanvar ayının 30-da Auditorlar Palatasında BDO-nun Baş Ofisində Avropa, Yaxın Şərq və Afrika (AYŞA) üzrə Baş Direktoru, Norveç ofisinin keçmiş idarəedici partnyoru Trond-Morten Lindberg və BDO İsrail ofisinin idarəedici patnyoru Şahar Ziv ilə işgüzar görüş keçirilmişdir.Görüşdə qonaqlara ölkəmizdə şəffaflığa və hesabatlılığa verilən önəm, Azərbaycan auditi, Auditorlar Palatasının tarixi, Dövlət Proqramlarında iştirakı, Kölgə iqtisadiyyatının azaldılması sahəsində görülən tədbirlər, habelə "BDO Azərbaycan" MMC-nin fəaliyyəti və uğurları barəsində ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Cənab Lindberg audit sahəsində görülən işlərin beynəlxalq tələblərə müvafiqliyini vurğulamış, cənab Şahar Ziv isə İsrail-Azərbaycan audit tənzimləyicilərinin əməkdaşlığının qurulması sahəsində müvafiq addımların atılmasına müsbət münasibətini bildirmişdir.





 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur