MÜRACİƏTLƏR

ONLİNE HESABAT GÖNDƏR
 
Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) Ukrayna, Belarus və Qafqaz ölkələri üzrə rəhbərliyinin 2019-cu il 22 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında işgüzar görüşü keçirilmişdir

2019-04-25

 Keçirilmiş görüşdə Auditorlar Palatasının sədri, Palata sədrinin müşaviri, Palatanın Şurası yanında Elm və auditin metodoloji təminatı üzrə komitənin sədri və Auditorlar Palatasının üzvləri olan 2 auditor və İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) Ukrayna, Belarus və Qafqaz ölkələri üzrə rəhbəri xanım Janetta Onişuk, həmin qurumun Regional inkişaf meneceri xanım Viktoriya Volotovska iştirak etmiş və onlar arasında aşağıdakı məsələlər üzrə müzakirələr aparılmışdır:

1.  Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA)  arasında 2007-ci il 20 iyun tarixində imzalanmış əməkdaşlıq haqqında "Anlaşma Memorandumu"nun yenilənməsi;

2. “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda 2019-cu ilin 13 sentyabr tarixində keçiriləcək beynəlxalq elmi-praktik konfransda ACCA-in nümayəndəliyinin iştirakı və məruzə ilə çıxış etmələri;

3. Hal-hazırda Azərbaycanda İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyasının tədris materialları üzrə ixtisasartırma kurslarının keçirilməsi vəziyyəti;

4. Azərbaycanda auditor adı almaq üçün tələb olunan prosedurlar və şərtlər.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.

Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə

Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur