MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

2019-cu il 7 avqust tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanundan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən əlavələrə dair hazırlanmış Şərhə həsr olunmuş Seminar keçirilmişdir

2019-08-08

2019-cu il 7 avqust tarixində Azərbaycan Respublikasının     Auditorlar Palatasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin               və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanundan irəli  gələn öhdəliklərin yerinə yetirilməsinə görə  Azərbaycan  Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən əlavələrə  dair hazırlanmış Şərhə həsr olunmuş Seminar keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısın”da dəyişiklik edilməsi barədə 2019-cu il 3 iyul tarixli Fərmanına və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 1627-VQD nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyul tarixli Sərəncamına uyğun olaraq, 2019-cu il 7 avqust tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanundan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən əlavələrə dair hazırlanmış Şərhə həsr olunmuş Seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq, seminarın mövzusu barədə qısaca məlumat verdi və Auditorlar Palatasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanundan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən əlavələrə dair hazırlanmış Şərhin üzvlər üçün nə qədər əhəmiyyətli olduğunu qeyd etdi və mövzu ətrafında geniş məruzə söyləmək üçün sözü Şərhin müəllifi, Auditorlar Palatasının Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri, “TNM Audit” MMC-nin direktoru-auditor Nəcəf Talıbova verdi.
N.Talıbov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598-ci “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması” maddəsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinin üzərinə düşən vəzifələrin həyata keçirilməsini təhlil etdi.
Sonda müzakirələrə başlanıldı və Auditorlar Palatasının üzvlərini (Şahbaz Məmmədov – “Cavid-Audit” MMC-nin direktoru-auditor, Elçin Qurbanov – Auditorlar Palatasının Şurası yanında Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin sədri, “VXA-Audit” MMC-nin direktoru-auditor, İlham Süleyman – “İmdad-Audit” MMC-nin direktoru-auditor, Nazim Axundov – Sərbəst auditor, Gülnarə Yusifova – Sərbəst auditor) maraqlandıran suallar cavablandırıldı. Müzakirənin nəticəsi olaraq qərara alındı ki, Auditorlar Palatasında işçi qrupu yaradılsın və işçi qrupuna tapşırılsın ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598-ci “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması” maddəsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatasının üzərinə düşən işlərin həyata keçirilməsinə dair proseduru hazırlayıb təqdim etsinlər.



 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur