MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

2019-11-28

Auditorlar Palatası ilk ərazi təşkilatında  Yeni Azərbaycan Partiyasının yaradılmasının  27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

eni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünün yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Auditorlar Palatası ilk ərazi təşkilatında 2019-cu il 27 noyabr tarixində tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə YAP Auditorlar Palatası ilk ərazi təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq, Azərbaycan xalqının ağır dönəmində ulu öndərimiz Heydər Əliyevə müraciət olunmasını, doğma xalqını bu vəziyyətdən çıxarmaq üçün bu partiyanın yaradılmasını qeyd edərək bildirmişdir ki, ürəyi Azərbaycan sevgisi və Azərbaycan xalqı ilə döyünən Heydər Əliyev əlbəttə ki, bu müraciətə biganə qala bilməzdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə o vaxtki səriştəsiz və bacarıqsız hakimiyyətə müxalifət partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası cəmi yeddi ay sonra iqtidara gəldi və dahi rəhbər, görkəmli dövlət xadimi və nəhəng siyasətçi olan Heydər Əliyev çox qısa müddət ərzində ölkədəki çıxılmaz böhran vəziyyətini tarazladı, ictimai-siyasi sabitliyi bərpa etdi, atəşkəsə nail oldu və Azərbaycanı iqtisadi tənəzzüldən sürətli inkişaf yoluna çıxartdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısındakı misilsiz xidmətləri olmuş, belə ki, Azərbaycanın iqtisadi inkişafının təməli olan “Əsrin Müqaviləsi” 1994-cü ildə imzalandı, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul olundu və keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda uğurlu torpaq islahatları həyata keçirildi.

Ümummilli Lider Heydər Əliyevin sağlığında öz layiqli varisini müəyyənləşdirməsini və Azərbaycanı etibarlı əllərə əmanət etməsini Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı daha bir misilsiz xidməti olaraq dəyərləndirmək olar. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən ötən 16 il ərzində Azərbaycan çox böyük inkişaf yolu keçmiş və bu dinamik inkişafın bir neçə onilliyə sığmayacaq qədər yüksək nəticə olmuşdur. Bildiyiniz kimi, Azərbaycanın ÜDM-si hazırda təxminən  82 mlrd. manata yaxındır, strateji valyuta ehtiyatları isə 50 mlrd. dollardan çoxdur. Bu rəqəmlər Azərbaycanın iqtisadi gücünü göstərməklə yanaşı, Azərbaycanın necə böyük iqtisadi artım əldə etməsinin, dinamik inkişafının əyani ifadəsidir. 16 il ərzində ölkə başçısı Azərbaycanın müstəqilliyini əbədiləşdirdi, ölkəmizi Cənubi Qafqaz regionunun şəksiz liderinə və nəinki bu bölgənin, ümumilikdə yaxın coğrafiyanın müstəqil siyasət yürüdən ölkəsinə, transmilli layihələr icra edən multikultural, tolerant, modern dövlətə, İslam həmrəyliyinin və konfessiyalararası dialoq mərkəzinə, kosmos ölkələri klubunun üzvünə çevirdi. Ən əsası isə, İlham Əliyev siyasəti nəticəsində bədxah Ermənistan regional layihələrdən tamamilə təcrid olundu, dünyada lazımsız ölkə statusunu qazandı və bölgədəki inkişafa mane törədən dövlət kimi tanındı.

Bütün bu uğurlara rəğmən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan bu gün ölkə başçısının rəhbərliyi altında çox böyük addımlarla inkişaf edir və cənab Prezidentin apardığı uğurlu siyasi kurs respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fəaliyyətində də əks olunur. Mehriban xanımın həyata keçirdiyi sosial layihələrin uğurları nəinki Azərbaycanda, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır və Azərbaycan xalqına böyük başucalığı gətirir. Bütün bu uğurların əldə olunmasında və müstəqilliyimizin ilk illərindən etibarən respublikamızın ictimai-siyasi həyatında baş verən bütün proseslərdə Yeni Azərbaycan Partiyasının xüsusi yeri və rolu vardır. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcəkdir.

       Bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının üzvləri (Qəşəm Bayramov, Novruz Pənahov, Şirvan Abbasov və başqaları) çıxış edərək bir daha YAP-nın yaradılmasının 27-ci ildönümü münasibətilə iclas iştirakçılarını təbrik etdilər və gələcək işlərində uğurlar arzuladılar.

Sonra YAP-a qəbul olunmaq üçün Palatanın 10 əməkdaşının siyasi fəaliyyətə qoşulması ilə bağlı müraciətlərinə Partiya iclasında baxılmış və onların xahişləri nəzərə alınaraq müsbət qərar qəbul edilmişdir:

-      Abbasov Şirvan Veyis oğlu

-      Alıyev Köçəri Əmrah oğlu

-      Almazov Zaur Tahir oğlu

-      Bağırov Balağa Əlimuxtar oğlu

-      Əhmədov Qoşqar İlkin oğlu

-      Hüseynova Minarə Sofiq qızı

-      Cavadov Vasif Tofiq oğlu

-      Mustafayev Yunis Rövşən oğlu

-      Pənahov Novruz İsmayıl oğlu

 

Eyni zamanda YAP-nın yaradılmasının 27-ci ildönümü münasibəti ilə hazırlanmış videorolik nümayiş etdirilmişdir.







 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur