Azərbaycan Respublikasının Auditorlar Palatasında 2024-cü ilin 7 iyun tarixində “Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanması barədə” “Dəyirmi masa” (moderator – Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov) təşkil edilib.
Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov “Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanması barədə” bəhs edərək bildirib ki, Auditorlar Palatasının 2024-cü il üzrə iş planının 1.2.4-cü “Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanması” bəndinə və Auditorlar Palatası sədrinin 2024-cü il 16 yanvar tarixli 1/3 nömrəli “Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanması barədə” Sərəncamına uyğun olaraq, ölkəmizdə auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək, habelə yeni fəaliyyətə başlamış auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditin düzgün aparılmasına metodik yardımın göstərilməsini təmin etmək məqsədilə işçi qrupu tərəfindən Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaiti və müvafiq formaları hazırlanmışdır.
Q.Bayramov belə bir geniş və əhatəli materialların hazırlanmasına görə işçi qrupunun rəhbəri, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədova və işçi qrupunun üzvlərinə öz təşəkkürünü bildirdi.
Q.Bayramov bildirdi ki, Palata Şurasının 2024-cü il 13 may tarixli 365/2 nömrəli qərarı ilə Beynəlxalq Audit Standartlarının tələbləri əsasında işçi qrupu tərəfindən auditin aparılmasına dair audit sübutlarının toplanması üzrə müvafiq Formaların hazırlanması barədə məlumat nəzərə alınmışdır.
Həmin Şura qərarı ilə Auditorlar Palatasında fəaliyyət göstərən “Dəyirmi masa”nın rəhbərinə (Q.Bayramov) tapşırılmışdır ki, bir ay müddətində bu qərarın birinci bəndində nəzərdə tutulan məsələlərin əhəmiyyətini, auditorların hər birinin bu sənədlərə olan münasibətini, habelə audit aparılan zaman bu nümunəvi faylların istiqamətverici rol oynadığını nəzərə alaraq, “Dəyirmi Masa”da müzakirəyə çıxarılması tövsiyə olunmuşdur.
Bu material aşağıdakı bölmələrdən ibarətdir:
Son olaraq Q.Bayramov 210 saylı BAS: “Audit tapşırığı şərtlərinin razılaşdırılması”, 230 saylı BAS: “Auditin sənədləşdirilməsi”, 300 saylı BAS: “Maliyyə hesabatlarının auditinin planlaşdırılması”, 500 saylı BAS: “Audit sübutu”, 501 saylı BAS: “Audit sübutu - seçilmiş maddələr üzrə xüsusi mülahizələr ”, 505 saylı BAS: “Kənar mənbədən təsdiqləmələr”, 520 saylı BAS: “Analitik prosedurlar ”, 700 saylı BAS: “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi” və 705 saylı BAS: “Müstəqil auditorun hesabatında fərqli rəylər” və s. BAS-ların əhatə dairəsi, auditorun məsuliyyəti, məqsədi, tələbləri, praktiki tətbiqi və digər izahedici materiallar haqqında ətraflı məlumat verdi.
Daha sonra Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov “Beynəlxalq Audit Standartlarının tələbləri əsasında audit sübutlarının toplanması üzrə metodik vəsaitin və müvafiq formaların hazırlanması barədə” geniş məruzə ilə çıxış edərək məktub-öhdəlik, auditin aparılmasının şərtləri, auditin ümumi planı haqqında məlumat verdi.
Q.Əhmədov bildirdi ki, keçirilən auditor yoxlaması zamanı aparılmış audit prosedurlarının siyahısı aşağıdakı kimidir:
1. Təsərrüfat subyekti haqqında ümumi məlumat;
2. Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin uçotu üzrə məlumatların auditi;
3. İşçi heyəti ilə hesablaşmalar üzrə əməliyyatların auditi;
4. Gəlirdən çıxan xərclərin auditi;
5. Mallar (işlər, xidmətlər) və onun satışının uçotu üzrə əməliyyatların auditi;
6. Nağd pul vəsaitlərinin (manat və valyuta ilə) xəzinə uçotu üzrə əməliyyatların auditi;
7. Manat və valyuta vəsaitlərinin bank hesabları üzrə əməliyyatların uçotunun auditi;
8. Sığortaçının təsis sənədlərinin, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, sığorta və ya müstəsna olaraq təkrar sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın mövcudluğu və qanunvericiliyə uyğunluğu;
9. Ofis işi.
Q.Əhmədov auditorun işçi sənədlərindən bəhs edərkən qeyd etdi ki, Audit faylı xüsusi tapşırıq üçün audit sənədləşdirilməsini özündə əks etdirən qeydlərdən ibarət olan fiziki və ya elektron formalı bir və ya bir neçə qovluq və ya məlumat bazasıdır.
Səciyyəvi audit faylının strukturu və onun tərkibi barədə izahatlar verilsin. Tapşırığın həcmindən asılı olaraq audit faylının iki növü müəyyən edilir:
1) Cari audit faylı (CAF);
2) Davamlı audit faylı (DAF).
Bu iki fayl arasındakı fərqlər aşağıdakılardan ibarətdir:
CAF - təhlili aparılan hesabat dövrü ilə əlaqəli informasiya və audit sübutunu özündə əks etdirir; bu faylın məqsədi audit hesabatındakı rəyləri və hesabları dəstəkləməkdir.
DAF - hər bir auditdə yenilənmiş zəruri informasiyanı özündə əks etdirir. Bu növ informasiya faydalı baza ola bilər; digər məlumatlara tapşırıq şərtləri, daxili nəzarət və hesabat sistemlərinin qeydləri, tarixi qeydlərin digər sənədləri, məsələn icarə sənədlərinin surəti, əvvəlki illərin maliyyə hesabatlarının surəti, təsis sənədlərinin surəti, təsisçilərin iclas protokolları və sairə daxildir.
Uyğun gəldiyi təqdirdə faylın cari informasiya ilə yeniləndiyinə təminat vermək üçün daimi audit faylının təhlilinin yoxlama siyahısı hər bir auditdə yenilənməlidir.
Audit sənədləri üzrə qeydlər kağız, elektron və ya digər məlumat daşıyıcılarının köməkliyi ilə aparılır. Audit sənədlərinin nümunələrinə aşağıdakılar daxildir:
Auditor audit hesabatı təqdim edildikdən sonra audit sənədlərini audit faylında toplamalı və müntəzəm olaraq yekun audit faylının (yeni audit prosedurlarının yerinə yetirilməsi və ya yeni nəticələrin sxemi buraya daxil deyil) toplanılması ilə bağlı inzibati prosesi tamamlamalıdır.
Audit faylının toplanılması prosesi başa çatdıqdan sonra, auditor saxlanma müddəti bitməzdən əvvəl hər hansı audit sənədini ləğv edə bilməz. Auditor dəyişikliklərin növündən asılı olmayaraq, dəyişikliklərin səbəblərini eləcə də onların nə zaman və kimin tərəfindən həyata keçirildiyini və təhlil edildiyini sənəddə qeyd etməlidir.
Nizamnamə kapitalının auditi ilə bağlı sənədlər:
Q.Əhmədov vergi auditindən bəhs edərkən bildirdi ki, Vergi hesbatlarının auditi Cəmiyyət tərəfindən audit qrupuna təqdim edilmiş ilkin sənədlər, mühasibat uçot registrləri və vergi bəyannamələri əsasında aparılır.
Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, Auditorlar Palatasının Şurası yanında Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitənin sədri, sərbəst auditor İlham Süleyman, Sərbəst auditor Vidadi Talıbov və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Dəyirmi masa”da çıxış edərək bir sıra təkliflər irəli sürdülər.
“Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2024-ü il 19 yanvar tarixli 1/6 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 20 nəfər “Dəyirmi masa”nın üzvləri və Palatanın əməkdaşları iştirak edib.
Azərbaycan Respublikasının Auditorlar Palatası