AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ KEÇİRDİYİ BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSLAR, SİMPOZİUMLAR REGİONAL SEMİNAR-MÜŞAVİRƏLƏR VƏ DİGƏR TƏDBİRLƏR

1997-ci il 29 aprel - Azərbaycan Respublikasının Auditorlar Palatası, Təhsil və Maliyyə nazirlikləri, Dövlət İqtisad Universiteti və Mühasiblər Assosiyasiyası ”Azərbaycan Respublikasında mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması problemləri” mövzusunda birgə respublika elmi-praktik konfransı;

1998-ci il noyabr - Auditorlar Palatası respublika ərazisində fəaliyyət göstərən sərbəst auditorların və xarici auditor təşkilatları nümayəndələrinin iştirakı ilə “Beynəlxalq audit standartları və milli standartaların hazırlanmasında onların rolu” mövzusunda seminar;

1999-cu il 27 noyabr -  Azərbaycan Respublikası Auditorlar Palatası və Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda maliyyə nəzarəti və audit” mövzusunda elmi-praktik konfrans;

2001-ci il iyun - Bakı Dövlət Universiteti, Beynəlxalq Ekoenergetika Akademiyası və Azərbaycan Beynəlxalq Ekologiya Universiteti əməkdaşlarının, habelə sərbəst auditorların və auditor təşkilatları rəhbərlərinin iştirakı ilə Auditorlar Palatasında “Azərbaycan Respublikasında ekoloji auditor fəaliyyətinin təşkili və tənzimlənməsini təmin edən normativ sənədlərin hazırlanması” mövzusunda seminar;

2001-ci il dekabr - Asiya İnkişaf Bankının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Mühasibat uçotu və auditin təşkili məsələləri” mövzusunda Bakı şəhərində beynəlxalq seminar;

2002-ci il dekabr - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, İqtisadi inkişaf, Maliyyə və Vergilər nazirliklərinin, Mərkəzi Bankın, Hesablama Palatasının, Banklar Assosiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məsul əməkdaşlarının, iqtisadçı alimlərin, iş adamlarının və auditorların iştirakı ilə Auditorlar Palatasında “İqtisadiyyatın inkişafında auditin rolu” mövzusunda “dəyirmi masa”;

2003-cü il 23 aprel - Auditorlar Palatası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sahibkarlığın inkişaf problemləri” mövzusunda elmi-praktik konfrans;

2003-cü il iyun - Auditorlar Palatasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin auditi” mövzusunda seminar;

2004-cü il mart - Azərbaycan Respublikası Vergilər Nazirliyində “Auditorlarla vergi xidməti orqanlarının qarşılıqlı fəaliyyəti : mövcud vəziyyət və problemlər” mövzusunda “İqtisadiyyat və audit” və “Azərbaycan vergi xəbərləri” jurnalları redaksiyalarının birgə təşkilatçılığı ilə “dəyirmi masa”;

2004-cü il iyun - Auditorlar Palatası tərəfindən auditorların və bank işçilərinin iştirakı ilə Mərkəzi Bankda “Bank auditinin inkişaf problemləri” mövzusunda elmi-praktik seminar;

2004-cü il 15 sentyabr - “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 10 illiyi ilə əlaqədar “Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans;

2006-cı il 16 sentyabr - Auditorlar Palatası və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Sosial-iqtisadi inkişafın sürətlənməsində maliyyə nəzarətinin rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans;

2007-ci il 19 aprel - Auditorlar Palatasının və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatında auditin rolu” mövzusunda elmi-praktik konfrans;

2007-ci il 8 noyabr - Auditorlar Palatası və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatalada “Maliyyə şəffaflığının artırılması regionların sosial-iqtisadi inkişafında mühüm amil kimi” mövzusunda seminar-müşavirə;

2008- ci il 10 aprel - Auditorlar Palatası və Azərbaycan Dovlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Auditin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans;

2008-ci il 18-19 sentyabr - Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans;

2009-cu il 5 iyun - Auditorlar Palatası və "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." Şirkətinin Azərbaycan Respublikasındakı filialının birgə təşkilatçılığı ilə “Beynəlxalq audit standartlarının məqsədi, əhəmiyyəti və prinsipləri” mövzusunda seminar-müşavirə;

2009-cu il 14 avqust - Auditorlar Palatası və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditi və şəffaflıq” mövzusunda seminar-müşavirə;

2009-cu il 16-17 oktyabr — Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Hesablama Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans;

2010-cu il 15 mart, 9 və 16 aprel, 20 və 26 may - Auditorlar Palatası, ”GRBS” tədris mərkəzi və müvafiq şəhər (rayon) icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda, Naxçıvan, Lənkəran, Zaqatala və Gəncə şəhərlərində “Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi” mövzusunda zona seminar-müşavirələri;

2011-ci il 27-28 yanvar - Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası, Polşa Milli Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə auditin aktual problemləri” mövzusunda Polşa-Azərbaycan simpoziumu;

2011-ci il 15-17 sentyabr - Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı və audit standartlarının tətbiqi problemləri” mövzusunda Mühasiblərin və Auditorların III Avrasiya Forumu;

2012-ci il 15-16 mart - Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Rumıniya Maliyyə Auditorları Palatası, Rusiya Auditorlar Kollegiyası, Qazaxıstan Respublikasının Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda beynəlxalq elmi-praktik simpozium;

2012-ci il 03-04 may - Azərbaycan İqtisadçılar İttifaqı, Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyası (ECIIA), Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Universiteti və "Audit-Azərbaycan İnstitutu" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Daxili audit: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans;

2013-cü il 22 yanvar - Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə auditin qarşısında duran problemlər və onun inkişaf konsepsiyası” mövzusunda “dəyirmi masa”;

2013-cü il 13-17 fevral - Makedoniya Respublikası və Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin təkmilləşdirilməsinə dair Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutu ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında anlaşma memorandumu imzalanması məqsədilə tədbir;

2013-cü il 14-16 may - Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Beynəlxalq Audit və Zəmanət Standartları İdarəsi (IAASB) və Beynəlxalq Mühasibatlıq Standartları İdarəsinin (IASB) təşkilatçılığı ilə London şəhərində təşkil edilmiş “Peşə inkişafının strateji istiqaməti forumu” və “Avropa və Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında Beynəlxalq Standartların qəbul edilməsi və tətbiqi” mövzusunda beynəlxalq konfrans;

2013-cü il 30 may - 01 iyun - Ukrayna Auditorlar Palatası və Ukrayna Auditorlar Birliyinin birgə təşkilatçılığı ilə Kiyev şəhərində təşkil edilmiş “Audit 20 yaş: naliyyətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans;

2013-cü il 26-28 sentyabr - Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Mühasiblərin və Auditorların IV Avrasiya Forumu;

2013-cü il 30 sentyabr - 02 oktyabr - Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzi (CFRR) tərəfindən Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə korporativ maliyyə hesabatlılıq və audit sahəsində yüksək rütbəli hökumət rəsmiləri, tənzimləyicilər və mütəxəssislər üçün Avstriyanın Vyana şəhərində “Maliyyə hesabatlılığı və audit yol ayrıcında – Avropada mövcud mənzərə və yeni üfüqlər” mövzusunda regional tədbir və bu tədbirin davamı olan “Şərqi tərəfdaşlıq ölkələri üçün audit və hesabatlılıq sistemlərinin gücləndirilməsi” mövzusunda konfrans;

2013-cü il 02-05 oktyabr - Avstriyanın Vyana şəhərində Daxili Auditorlar İnstitutlarının Avropa Konfederasiyasının (ECIIA) Liderlər Forumu və Baş Assambleyanın iclası;

2013-cü il 06-08 noyabr - Buxarest şəhərində Rumıniya Maliyyə Auditorları Palatasının təşkilatçılığı ilə Beynəlxalq Audit Standartları tətbiq olunmaqla cari audit islahatlarına dair “Regional peşəkar iclas”;

2014-cü il 02-03 iyun - Avstriyanın Vyana şəhərində “Peşəkar Mühasibatlıq Təşkilatlarının (PAO) 2-ci Regional Forumu” və “Avropa və Mərkəzi Asiyada Maliyyə Hesabatlılığı” mövzusunda beynəlxalq tədbir;

2014-cü il 05-06 iyun - Budapeşt şəhərində Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA), Macarıstanın ümumi illik iclası və VIII Beynəlxalq Vergi Konfransı;

2014-cü il 03-04 iyul - Çin Xalq Respublikasının Honkonq şəhərində Asiya Daxili Auditorlar İnstitutları rəhbərlərinin Liderlər Forumu;

2014-cü il 15-16 sentyabr - Daşkənd şəhərində MDB İcraiyyə Komitəsi yanında mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 11-ci iclası;

2014-cü il 30 sentyabr - Böyük Britaniyanın Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) və Avropanın Beynəlxalq mühasiblər şəbəkəsinin (EGİAN) birgə təşkilatçılığı ilə Brüsseldə Avropa Parlamentində “Yeni audit islahatlarının həyata keçirilməsi: keyfiyyətə diqqət üçün yeni canlı bazarın yaradılmasını necə təmin etməli?” adlı dəyirmi masa;

2014-cü il 06-07 oktyabr - Tbilisi şəhərində Dünya Bankının «Avropa İttifaqının qanunvericiliyinin tələblərinini tətbiqi vasitəsilə auditin keyfiyyətinin yüksəldilməsi» mövzusunda keçirilmiş beynəlxalq tədbir.

2014-cü il 20 fevral – Avropa Şurasının MONEYVAL Komitəsinin nümayəndə heyəti ilə Auditorlar Palatasında görüş;

2014-cü il 04 aprel – Bakı şəhərində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır;

2014-cü il 11 aprel – Auditorlar Palatasında “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf Konsepsiyasının (2012-2020-ci illər)” təqdimat mərasimi;

2014-cü il 13 may – Auditorlar Palatasında Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun nümayəndə heyəti ilə görüş;

2014-cü il 14-15 may - Bakı şəhərində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Bakı Biznes Universiteti, Rusiya Auditorlar Kollegiyası, Monteneqro Mühasiblər və Auditorlar İnstitutu, Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri İnstitutunın birgə təşkilatçılığı ilə “Müasir şəraitdə audit qanunvericiliyi” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans;

2014-cü il 16 sentyabr – “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun   qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir;

2014-cü il 31 oktyabr-02 noyabr – Türkiyənin İstanbul şəhərində Mühasib Akademiklərinin Tədqiqatı və Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə “Mühasibatlıq Tədqiqatının Fənlərarası Aspektləri” mövzusunda keçirilmiş 11-ci Beynəlxalq Mühasibatlıq Konfransı;

2014-cü il 10-13 noyabr – İtaliya Respublikasının paytaxtı Roma şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) və İtaliya Sertifikatlı Mühasiblər və Ekspertlər Milli Şurasının (CNDCEC) birgə təşkilatçılığı ilə keçirilmiş “Dünya Mühasiblər Konqresi 2014 (WCOA)”;

2015-ci il 13 fevral – Bakı şəhərində Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyasının Ukrayna, Baltik və Qafqaz ölkələri üzrə Natalya Vovçuk ilə keçirilmiş görüş;

2015-ci il 27-28 aprel – Rumıniyanın paytaxtı Buxarest şəhərində Audit və Mühasibatlıq Standartları üzrə Təcrübə Cəmiyyətinin “Avropa İttifaqının tələbləri və ən yaxşı beynəlxalq təcrübənin mübadiləsi üzrə mühasibat uçotu və audit qanunvericiliyinin müasirləşdirilməsi” mövzusunda keçirilmiş iclas;

2015-ci il 05 may – Belçikanın paytaxtı Brüssel şəhərində ACCA (Sertifikatlaşdırılmış Mühasiblər Asossasiyası) və ecoDA (Direktorlar Assosiasiyalarının Avropa Konfederasiyası) birgə təşkilatçılığı ilə keçirilmiş korporativ idarəetmə tədbiri;

2015-ci il 01 iyun - Rusiya Federasiyasının Moskva şəhərində “ATOMEKSPO 2015” VII Beynəlxalq Forumu çərçivəsində “Aşkarlıq şəraitində daxili nəzarət” mövzusunda keçirilmiş “dəyirmi masa”;

2015-ci il 25-26 iyun - Portuqaliyanın Lissabon şəhərində Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Ümumi Yığıncağı və EFAA ilə Portuqaliyanın Sertifikatlı Mühasiblər Birliyinin (OTOC) birgə təşkil etdikləri “Qlobal iqtisadi böhran və onun aradan qaldırılması – Maliyyə hesabatlığına tənqidi baxış” mövzusunda keçirilmiş beynəlxalq konfrans;

2015-ci il 21-22 sentyabr - Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə meneceri Federasiyasının təşkilatçılığı ilə “Mühasibat uçotu və audit sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və sertifikatlaşdırma: Gürcüstan üçün beynəlxalq təcrübənin ön plana çəkilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfrans;

2015-ci il 08-10 oktyabr – Bakı şəhərində “Qloballaşma şəraitində mühasibat uçotu və audit: Mərhələlər, meyllər və inkişaf perspektivləri” mövzusunda Mühasiblərin və Auditorların keçirilmiş V Avrasiya forumu;

2015-ci il 11-12 noyabr - Sinqapur şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) keçirilmiş Şura iclası;

2015-ci il 18 noyabr - Belçikanın paytaxtı Brüssel şəhərində CCAB-nin (Mühasibat Təşkilatlarının Məsləhət Komitəsi) təşkilatçılığı ilə “Çirkli Pulların Yuyulması və Terrorçuluğa qarşı mübarizə: maliyyə peşəkarlarının və mühasiblərin rolu” mövzusunda keçirilmiş tədbir;

2016-cı il 17-18 mart - Polşanın Varşava şəhərində Dünya Bankının «Maliyyə hesabatlarına tələblər: tələblərin müəyyənləşdirilməsi və yerinə yetirilməsi» mövzusunda keçirilmiş beynəlxalq tədbir; 

2016-cı il 05-06 aprel - Bakı şəhərində “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans;

2016-cı il 26-28 aprel - Avstriyanın Vyana şəhərində Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzi (CFRR) tərəfindən təşkil edilmiş «Maliyyə məlumatları: inkişafı sürətləndirmənin əsas amili kimi» mövzusunda keçirilmiş beynəlxalq konfrans;

2016-cı il 20-21 may - Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində GFPAA-nın 20 illik yubileyinə həsr olunmuş «20 illik peşəkar inkişaf: Avropa inteqrasiyası və Peşənin problemləri» mövzusunda keçirilmiş beynəlxalq konfrans;

2016-cı il 16-17 iyun - Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Moldova Peşəkar Mühasibəlr və Auditorlar Assosiasiyasının 20 illik yubileyinə həsr olunmuş «Mühasibat uçotu və audit peşəsinin problemləri və imkanları: dünya təcrübəsi və həlli yolları» mövzusunda keçirilmiş beynəlxalq konfrans; 

2016-cı il 28-30 sentyabr - Brüssel şəhərində EFAA-nın İdarə Heyətinin iclası və Fransa Diplomlu Mühasiblər İnstititunun Ali Şurasının Konqresi (CSOES);

2016-cı il 05-07 oktyabr - Monteneqro Respublikasının paytaxtı Podqoresta şəhərində Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun fəaliyyətə başlamasının 60 illik yubileyinə həsr olunmuş tədbir;

2016-cı il 09-12 oktyabr - Belarus Respublikasının paytaxtı Minsk şəhərində Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə «Daha məsuliyyətli və şəffaf iqtisadiyyat üçün auditin keyfiyyətinin gücləndirilməsi» mövzusunda keçirilmiş seminar.

2016-cı il 05-07 oktyabr- Monteneqro Respublikasının paytaxtı Podqoresta şəhərində Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun fəaliyyətə başlamasının 60 illik yubileyi ilə bağlı tədbir.

2016-cı il 28-30 sentyabr- Belçikada EFAA-nın İdarə Heyətinin iclası və Fransa Diplomlu Mühasiblər İnstititunun Ali Şurasının Konqresi ( CSOES).

2017-ci il 27 fevral- Auditorlar Palatasının və Bolqarıstan Sertifakatlaşdırılmış Mühasiblər İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan-Bolqarıstan Audit Forumu”.

2017-ci il 10 mart- Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflıqa doğru birlikdə" mövzusunda Vergi Konfransı.

2017-ci il 28-29 mart- Belçika Respublikasının paytaxtı Brüssel şəhərində EFAA-nın İdarə Heyətinin iclası və "The Trickle Down Effect (Damlama Təsiri): BMHS (Kiçik və Orta Ölçülü Müəssisələr üçün Mühasibat metodları" mövzusunda keçirilən Dəyirmi Masa.

2017-ci il 26 iyun- Belarusun Minsk şəhərində Belarus Respublikasının Maliyyə Nazirliyinin rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasartırma mərkəzinin direktoru Konstantin Velickoviç ilə 2013-cü il 4 fevral tarixli imzalanmış Sazişdə nəzərdə tutulan tədbirlərin icrası məsələlərinə həsr olunmuş işgüzar görüş.

2017-ci il 7,8,9 iyun- Almaniya Federativ Respublikasının Berlin şəhərində EFAA-nın İdarə Heyətinin iclası, İllik Beynəlxalq Konfrans və İllik Ümumi İclas.

2017-ci il 21-23 sentyabr- Bakı şəhərində Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri" beynəlxalq elmi-praktik konfrans.

2017-ci il 6-10 dekabr- İstanbul Serbest Muhasebeçi Mali Müşavirler Odası tərəfindən tarixlərində Türkiyənin Antalya şəhərində təşkil edilmiş Texnologiya və İnnovasiya” mövzusunda keçirilən XII Beynəlxalq Türkiyə Audit Simpoziumu.

2018-ci il 26-27 aprel  Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (CFRR) tərəfindən Şərq tərəfdaşlığı ölkələri üçün “STAREP” Proqramı çərçivəsində 2018-ci il 26-27 aprel tarixlərində Avstriyanın Vyana şəhərində təşkil edilmiş tədbir.

2018-ci il 13 Noyabr Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət xidmətinin (SARAS) səlahiyyətli nümayəndə heyətinin işgüzar səfəri

2018-ci il 20 Noyabr Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Şura iclasında iştirak etmişdir

2018-ci il 27 Noyabr Auditorlar Palatasının nümayəndə heyəyi  Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (CFRR) tədbirində iştirak etmişdir.

2018-ci il 04 dekabr Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Qazaxıstan Respublikası Auditorlar Palatasının yubiley tədbirində iştirak etmişdir.

2018-ci il 10 dekabr Azərbaycan Respublikası Auditorlar Palatasının təmsilçisi Hindistanda keçirilən təlim proqramında iştirak etmişdir.

2019-cu il 23 yanvar Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov Gürcüstanın Tbilisi şəhərində işgüzar səfərdə olmuşdur

2019-cu il 30 yanvar  Auditorlar Palatasında BDO-nun nümayəndə heyəti ilə işgüzar görüş keçirilmişdir.

2019-cu il 13 mart Auditorlar Palatasının nümayəndə heyəti Azərbaycan Mühasiblər və Risk Peşəkarlar Assosasiyasının (ARPA) yaranmasına həsr olunmuş tədbirdə iştirak etmişdir.

2019-cu il 22 aprel Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) Ukrayna, Belarus və Qafqaz ölkələri üzrə rəhbərliyinin 2019-cu il 22 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında işgüzar görüşü keçirilmişdir

2019-cu il 24-26 aprel  Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Moskva şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.

2019-cu il 17 may Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Moskva şəhərində keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir

2019-cu il 21 iyun Auditorlar Palatasının nümayəndəsi 21 may 2019-cu il tarixdə Moskva şəhərində təşkil olunan "Mühasib və auditor peşəsinin əsası olan Etika Məcəlləsi: çağırışlr və imkanlar" adlı Beynəlxalq konfransda, habelə 22 may 2019-cu il tarixdə Avrasiya regionundan olan İFAC üzvlərinin iştirakı ilə keçirilən Dəyirmi masada iştirak etmişdir

2020-ci il 29 may - Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Palatanın Şurası yanında Elm və auditor fəaliyyətinin mütodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən Avrasiya regionunun peşəkar mühasibat və auditorlar təşkilatları rəhbərlərinin iştirakı ilə beynəlxalq videokonfransda iştirak və məruzə ilə çıxış ediblər.

2020-ci il 19 iyun - Auditorlar Palatası sədrinin müşaviri F.Qarayev Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən Avrasiya regionunun peşəkar mühasibat və auditorlar təşkilatları rəhbərlərinin iştirakı ilə beynəlxalq videokonfransda iştirak etmişdir.

2020-ci il 26 iyun - Azərbaycan Respublikası Auditorlar Palatasının və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının nümayəndə heyətləri Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) videokonfrans formatında təşkil olunmuş 2020-ci il üzrə İllik Ümumi Yığıncağında iştirak edib

2020-ci il 22 oktyabr - Azərbaycan Respublikasının Auditorlar Palatası Avrasiya regionu üzrə peşəkar audit və mühasibatlıq qurumlarının beynəlxalq videokonfransında iştirak edib.

2020-ci il 02 noyabr - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri “Türkdilli dövlətlərin ticarət və sənaye Palatası”na üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclası nda iştirak etmişdir.

2021-ci il 15 aprel - Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında onlayn formatda işgüzar görüş keçirilib. Görüşdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Palata sədrinin müşaviri Fəqan Qarayev və EFAA-nın prezidenti Salvador Marin iştirak ediblər.

2021-ci il 16 sentaybr -  Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Fairmont Baku” otelində “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

2022-ci il 16 sentaybr - Auditorlar Palatasının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

2022-ci il 29 noyabr - 01 dekabr - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 29 noyabr - 1 dekabr tarixlərində Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (CFRR) və Avstriyanın Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Avstriya Respublikasının paytaxtı Vyana şəhərində keçirilən “Borcun şəffaflığı və inkişafın dayanıqlılığının təmin edilməsi üçün maliyyə hesabatlılığı və davamlı inkişaf haqqında hesabatlılıq” mövzusunda 2022-ci il üzrə Nazirlər Konfransında iştirak edib.

2023-cü il 9 mart - Azərbaycan Respublikasının Auditorlar Palatası, Dövlət İmtahan Mərkəzi və İmtiyazlı Sertifikatlaşmış Mühasiblər Assosiasiyası (ACCA) “Azərbaycanda maliyyə və mühasibatlıq sahələri üzrə professionallar üçün trendlər’’ mövzusunda birgə tədbir keçirib

2023-cü il 28 aprel - Azərbaycan Respublikasının Auditorlar Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə 2023-cü il 28 aprel tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

2023-cü il 15 sentyabr - Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

2023-cü il 27 oktyabr - Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu və vəzifələri” mövzusunda elmi-praktik konfrans keçirilib.

2023-cü il 1 dekabr - Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

2023-cü il dekabr - Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

2024-cü il 13 yanvar - Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” mövzusunda forum keçirilib.

2024-cü il 28-29 may - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərliyi altında nümayəndə heyəti, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə “Mühasibat uçotu, audit və dayanıqlı hesabatlılığın təkmilləşdirilməsi” (EAASURE) və “Kiçik və orta müəssisələr üçün mühasibat uçotu üzrə islahatların və institutların gücləndirilməsi istiqamətində Avropaya Yol” (REPARIS for SMEs) Proqramları çərçivəsində Avstriya Respublikasının Vyana şəhərində keçirilən “Korporativ maliyyə və dayanıqlı hesabatlılıqda yeni tələblərə və çağırışlara cavab” mövzusunda beynəlxalq tədbirdə iştirak ediblər.  

2024-cü il 02-04 avqust - Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Farrux Rehmanın dəvətinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan İslam Respublikasının Karaçi şəhərində ICAP tərəfindən “Rəqəmsallaşma sahəsində mükafatların təqdim edilməsi” üzrə keçirilən beynəlxalq tədbirdə iştirak edib 

2024-cü il 19-20 avqust - Latviyanın Sertifikatlı Auditorlar Assosiasiyasının (LACA) idarə heyətinin sədri Lolita Çapkevitsanın dəvətinə uyğun olaraq Latviyanın Yurmala şəhərində həmin qurumun fəaliyyətə başlamasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Auditorlar Palatasının Beynəlxalq Audit Standartları üzrə Komitəsinin sədr müavini, "SR Audit Solutions" MMC-nin direktoru Səftər Vəlizadə iştirak ediblər.

2024-cü il 16-17 sentyabr - Ulu Öndər Heydər Əliyev tərəfindən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasının 30 illiyi münasibətilə Auditorlar Palatası tərəfindən “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.