Azərbaycan Respublikası Auditorlar Palatasının yarandığı gündən bu günə qədər üzv olduğu peşəkar qurumlara üzvlük barədə (mövcud vəziyyət)

2003-CÜ İL MAY - AVROPA MÜHASİBLƏR VƏ AUDİTORLAR FEDERASİYASI (EFAA); 

 

EFAA 1994-cü ildə yaradılaraq Avropa İttifaqı, bütövlükdə Avropada kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditorlar təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 320 mindən çox mühasib və auditorun təmsil olunduğu 17 üzvü var. Hazırki prezidenti Bodo Richarddır. Azərbaycan Respublikasının Auditorlar Palatası bu təşkilatın tamhüquqlu üzvüdür.

ƏLAQƏ

Telefon: +32 (0)2 736 88 86

E-mail : info@efaa.com

Web sayt:  http://www.efaa.com

Ünvan: Rue Jacques de Lalaing,4B-1040 Brussels Belgium

 

 

2007-CI İL APREL - SERTİFİKATLI MÜHASİBLƏR VƏ AUDİTORLARIN AVRASİYA ŞURASI - (ЕССБА);

 

 

Sertifikatlaşdırılmış Mühasiblər və Auditorların Avrasiya Şurası (ECCAA) Assosiasiyası — MDB ölkələri auditorlarının və mühasiblərinin peşəkar təşkilatlar - hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökümət və qeyri-kommersiya təşkilatıdır. Sertifikatlaşdırılmış Mühasiblər və Auditorların Avrasiya Şurasının (ECCAA) əsas məqsədi mühasib və auditor peşələrinin inkişafına və statusunun yüksəldilməsinə yardım etmək, beynəlxalq peşə standartlarının və peşəkar etikanın tətbiqi və istifadəsini təmin etməkdir.

ƏLAQƏ

E-mail: info@eccaa.orgoffice@eccaa.org  

Web sayt: http://www.eccaa.org/

Ünvan: 050000 Qazaxıstan Respublikası, Almatı şəh., Qoqol küç., 86

 

 

2008-CI İL NOYABR - BEYNƏLXALQ MÜHASİBLƏR FEDERASİYASI (IFAC) 

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası 130-dan çox ölkədən 175-dən artıq üzvü birləşdirən Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüqulu üzvüdür. Palata 2003-cü ildən həmin qurumda ölkəmizi assosiativ üzv qismində təmsil edirdi. IFAC-ın məqsədi bütün dünyada mühasib və auditorların peşə fəaliyyəti gücləndirilmək və dünya iqtisadiyyatının inkişafına kömək etməkdir. Təşkilat 7 oktyabr 1977-ci il tarixində Almaniyanın Münhen şəhərində Mühasiblərin 11-ci Dünya Konqresində təsis edilib və hazırki Prezidenti Olivia Kirtleydir.

ƏLAQƏ

Telefon: +1 (212) 2869344 

E-mail: Communications@ifac.orghttp://www.ifac.org 

Web saytı: http://www.ifac.org   

Ünvan:New York, New York 10017