2024-cü ilin 8 iyul tarixində Auditorlar Palatasında “FATF-ın 22 və 23-cü Tövsiyələrindən mühasibatlıq və auditor xidmətləri göstərən şəxslərin qanunsuz yollarla əldə edilmiş ƏL/TM-ə qarşı mübarizə sahəsində müvafiq standartlara və tələblərə uyğun olmalarının təmin edilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) və “Publik hüquqi şəxslərdə MHA-nin xüsusiyyətləri” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – «KPMG Audit Azərbaycan» MMC-nin Audit üzrə direktoru Mələk Abbaslı) nəzərdə tutulmuş mövzuları üzrə seminar və ustad dərsi keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını, üzvlərini salamlayaraq “FATF-ın 22 və 23-cü Tövsiyələrindən mühasibatlıq və auditor xidmətləri göstərən şəxslərin qanunsuz yollarla əldə edilmiş ƏL/TM-ə qarşı mübarizə sahəsində müvafiq standartlara və tələblərə uyğun olmalarının təmin edilməsi” mövzusunda seminarı başladaraq bildirdi ki, Maliyyə Tədbirləri üzrə İşçi Qrup (FATF) öz üzv yurisdiksiyalarının nazirləri tərəfindən 1989-cu ildə yaradılmış hökumlərarası qurumdur. FATF-ın mandatı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına (bundan sonra pulların leqallaşdırılması), terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə və beynəlxalq maliyyə sisteminin təhlükəsizliyi üçün digər əlaqədar təhlükələrlə bağlı hüquqi, tənzimləmə və əməliyyat tədbirləri üzrə standartlar müəyyən etməkdən və bu tədbirlərin səmərəli surətdə həyata keçirilməsini təşviq etməkdən ibarətdir. FATF habelə digər beynəlxalq tərəfdaşlarla birlikdə beynəlxalq maliyyə sistemini sui-istifadə hallarından qorumaq məqsədilə ölkə səviyyəsində çatışmazlıqların müəyyən edilməsi istiqamətində də fəaliyyət göstərməkdədir.
FATF Tövsiyələri dövlətlərin pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, habelə kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün həyata keçirməli olduğu hərtərəfli və davamlı tədbirlər çərçivəsi təqdim edir. FATF Tövsiyələri dövlətlərin öz məxsusi şərtlərinə uyğunlaşdırılmış tədbirlər vasitəsilə həyata keçirməli olduqları beynəlxalq standartı müəyyən edir. FATF Tövsiyələri aşağıdakı məqsədlərə nail olmaq üçün dövlətlərin həyata keçirməli olduqlarıı əsas tədbirləri müəyyən edir:
yaradılması;
silahlarının yayılmasının maliyyələşdirilməsi qarşı cinayət təqibi həyata keçirmək
yerinə yetirmək;
səlahiyyət və öhdəliklərini, digər institusional tədbirləri müəyyən etmək;
məlumatlarının mövcudluğuna dair tələblərin gücləndirilməsi; və
FATF-ın Qırx Tövsiyəsi ilk dəfə 1990-cı ildə maliyyə sistemlərinin narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunmuş pulların leqallaşdırılması ilə məşğul olan şəxslər tərəfindən istifadə olunmasına qarşı bir təşəbbüs kimi hazırlanmışdır.
FATF Tövsiyələrinə 2003-cü ildə ikinci dəfə yenidən baxıldı və onlar Xüsusi Tövsiyələrlə birlikdə 180-dən çox dövlət tərəfindən dəstəklənərək pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) üzrə beynəlxalq standart olaraq bütün dünya tərəfindən qəbul edilmişdir.
Üzvlərinin üçüncü raund qarşılıqlı qiymətləndirməsinin başa çatmasından sonra FATF FATF-tipli Regional Təşkilatlar və Beynəlxalq Valyuta Fondu, dünya Bankı və Birləşmiş Millətlər təşkilatı kimi müşahidəçi qurumlarla sıx əməkdaşlıq şəraitində FATF öz Tövsiyələrinə yenidən baxmış və onları yeniləmişdir. Tövsiyələrə edilmiş əlavə və dəyişikliklər yeni və meydana çıxmaqda olan təhlükələrə yönəlir, mövcud öhdəliklərini bir çoxunu aydınlaşdırır və gücləndirir, eyni zamanda Tövsiyələrdəki zəruri sabitlik və dəqiqliyi qoruyub saxlayır.
FATF bütün dövlətləri pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı milli sistemlərini yenilənmiş FATF Tövsiyələrinə uyğunlaşdırmaq üçün effektiv tədbirlər həyata keçirməyə çağırır.
Q.Bayramov mövzu haqqında məlumat verdikdən sonra sözü məruzəçi sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi.
N.Talıbov 22-ci və 23-cü tövsiyələrə izah verərək bildirdi ki, əməliyyatlar üzrə müəyyən edilmiş limit aşağıdalı kimidir:
- Kazinolar (22-ci Tövsiyə çərçivəsində) – 3000 ABŞ dolları/Avro
- Qiymətli metalların və qiymətli daşların alqı-satqısı ilə məşğul olan şəxslər üçün nağd
əməliyyat apararkən (22-ci və 23-cü Tövsiyələr çərçivəsində) – 15 000 ABŞ
dolları/Avro .
Müəyyən edilmiş minimal limitdən maliyyə əqdlərinə əqdin bir əməliyyat və ya bir-biri ilə əlaqəli olduğu görünən bir neçə əməliyyat çərçivəsində yerinə yetirildiyi hallar daxildir.
Maliyyə təsisatlarına aid olan İzahlı Qeydlər müvafiq hallarda müəyyən edilmiş qeyri-maliyyə təsisatları və peşəkarlara da şamil edilir. 22-ci və 23-cü Tövsiyələrə uyğunluğun təmin edilməsi üçün dövlətlərin məxsusi olaraq vəkillər, notariuslar, mühasiblər və digər müəyyən edilmiş qeyri-maliyyə təsisat və peşəkarlarına aid olan qanunlar və ya normativ aktlar qəbul etməsinə, bu təsisat və ya peşəkarlar əsas fəaliyyətlərini əhatə edən qanunlar və ya normativ aktlara daxil edildiyi təqdirdə, ehtiyac yoxdur.
Daşınmaz əmlakın alqı-satqısı üzrə agentlər əmlakın həm alıcılarına, həm də satıcılarına münasibətdə 10-cu Tövsiyənin tələblərinə riayət etməlidirlər.
Müştərilər 3000 ABŞ dolları/Avro və ya daha çox məbləğdə maliyyə əqdləri apardıqlarında, kazinolar 10-cu Tövsiyəni, o cümlədən müştərilərin eyniləşdirilməsi və verifikasiyasını həyata keçirməlidirlər. Müştərilərin eyniləşdirilməsinin kazinonun girişində yerinə yetirilməsi qənaətbəxş hesab edilə, lakin mütləq surətdə qənaətbəxş hesab edilməyə də bilər. Dövlətlər kazinolardan istənilən bir müştəri üzrə eyniləşdirmə və verifikasiya məlumatların müştərinin kazinoda apardığı əməliyyatlarla əlaqələndirilməsinin təmin olunmasını tələb etməlidir.
Peşə sirri və ya hüquqşünaslıq peşəsinin təmin etdiyi imtiyazla müvafiq məlumat əldə etdikləri təqdirdə, vəkillər, notariuslar, digər müstəqil hüquqşünaslar və müstəqil şəkildə hüquqşünas kimi fəaliyyət göstərən mühasiblərdən şübhəli əməliyyatlara dair məlumat təqdim etmək tələb edilmir.
Hər bir dövlət hüquqşünaslıq peşəsinin təmin etdiyi imtiyazı və ya peşə sirri kimi xarakterizə edilən məsələləri özü müəyyənləşdirir. Buna, bir qayda olaraq, vəkillər, notariuslar, yaxud digər müstəqil şəkildə hüquqşünas fəaliyyətini həyata keçirənlərin
(a) müştərinin hüquqi statusunun müəyyən edilməsi və ya
(b) müştərilərini məhkəmə, inzibati, arbiitrasiya və ya vasitəçilik proseslərində və ya belə proseslərlə bağlı olaraq müdafiə və ya təmsil edərkən müştərilərindən və ya onların vasitəsilə əldə etdikləri məlumatlar aiddir.
Dövlətlər vəkillər, notariuslar, digər müstəqil şəkildə hüquqşünas kimi fəaliyyət həyata keçirənlər və mühasiblərə şübhəli əməliyyatlara dair məlumatlarını müvafiq özünüidarə orqanlarına, bu orqanlarla Maliyyə Monitorinqi Orqanları arasında müvafiq əməkdaşlıq formları müəyyən olunduğu təqdirdə, təqdim etməyə icazə verə bilərlər.
Vəkillər, notariuslar, digər müstəqil şəkildə hüquqşünas kimi fəaliyyət həyata keçirənlərvə müstəqil şəkildə hüquqşünas kimi fəaliyyət göstərən mühasiblər müştərini qeyri-qanuni fəaliyyətdən çəkindirməyə çalışarlarsa, bu, görülən tədbirlər haqqında məlumatları yayma hesab edilmir.
Daha sonra Q.Bayramov “Publik hüquqi şəxslərdə MHA-nin xüsusiyyətləri” mövzusunda ustad dərsinə keçid edərək Publik hüquqi şəxslərin tərifi, Publik hüquqi şəxslər üçün hesabatlıq tələbləri və Publik hüquqi şəxslər üçün audit tələbləri haqqında məlumat verdi.
Q.Bayramov Publik hüquqi şəxslər haqqında geniş məlumat verərək bildirdi ki, “Publik hüquqi şәxslər haqqında haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli qanunu qəbul edilmişdir. Qanun qəbul edildikdən sonra ölkəmizdə 20-yə yaxın Publik hüquqi şəxslər fəaliyyət göstərir.
Publik hüquqi şәxs - dövlәt vә ya bәlәdiyyә orqanı olmayan, dövlәt vә (vә ya) ictimai әhәmiyyәt kәsb edәn fәaliyyәtlә mәşğul olan, dövlәt vә bәlәdiyyә adından yaradılan tәşkilatdır.
Publik hüquqi şәxslәrin fәaliyyәtinә aşağıdakılar daxildir:
Publik hüquqi şәxslərin özünə məxsus hesabatlıq və audit tələbləri vardır.
Q.Bayramov mövzu haqqında məlumat verdikdən sonra sözü məruzəçi «KPMG Audit Azərbaycan» MMC-nin Audit üzrə direktoru Mələk Abbaslıya verdi.
M.Abbaslı bildirdi ki, publik hüquqi şəxslərin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq tərtib edilir. Mühasibat uçotu bu standartlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən uçot qaydalarına əsasən aparılır. AR mərkəzi bankın da mühasibat uçotunun aparılması qaydalarını isə AR Mərkəzi Bankının İdarə Heyəti müəyyənləşdirir.
Dövlət və bələdiyyə tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, peşə təhsili müəssisəsi, məktəbə qədər təhsil müəssisəsi, ümum təhsil məktəbi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi tələb olunan maliyyə hesabatlarını aşağıda qeyd olunan qaydada tərtib edirlər:
Bir vә ya daha artıq törәmә publik hüquqi şәxsә vә ya tәsәrrüfat cәmiyyәtinә malik olan publik hüquqi şәxs hazırladığı maliyyә hesabatları ilә yanaşı birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatları da tәrtib etmәlidir
Publik hüquqi şәxslәr illik maliyyә hesabatlarını vә birlәşdirilmiş maliyyә hesabatlarını tәqdim edirlәr:
Müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn yaradılan publik hüquqi şәxslәr birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarını vә illik maliyyә hesabatlarını auditor rәyi ilә birgә tәsisçiyә tәqdim edirlәr.
Audit zamanı bir neçә әsas aspekt nәzәrә alınmalıdır. İlk növbәdә, publik hüquqi şәxsin nizamnamәsinә uyğun olaraq idarә edilmәsi qaydası müәyyәn edilmәlidir. Bu, nizamnamә kapitalının ölçüsünün tәdqiqindәn vә onun formalaşması haqqında mәlumat mәnbәlәrinin müәyyәn edilmәsindәn başlayaraq müәssisәnin nizamnamәsi, tәsis sәnәdlәri vә qeydiyyat sәnәdlәrinin auditini әhatә edir. İctimai qurumun fәaliyyәt sahәsini öyrәnmәk vә onun faktiki fәaliyyәtinin nizamnamәyә uyğunluğunu yoxlamaq vacibdir. Maliyyә mәnbәlәrinin müәyyәn edilmәsi, xüsusilә dә müәssisә Dövlәt büdcәsindәn mәqsәdli maliyyәlәşmә, subsidiyalar, qrantlar, dövlәt zәmanәti ilә kreditlәr vә s. alırsa, bu vәsaitlәrin mәqsәdәuyğun şәkildә xәrclәnmәsini tәmin etmәk üçün çox vacibdir. Bundan әlavә, publik hüquqi şәxs kommersiya fәaliyyәti ilә mәşğul olarsa, vergi qanunvericiliyinә әmәl olunması yoxlanılmalıdır
Keçirilən seminarın və ustad dərsinin mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 81 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası