
1975-ci il avqustun 15-də Ağdam şəhərində anadan olmuşdur.
1997-ci ildə Xəzər Universitetinin “Hüquq və sosial elmlər” fakültəsini bitirmişdir.
2004-cü ilin sentyabr-oktyabr aylarında Varşava şəhərində ATƏT və insan haqları üzrə Helsinki fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən insan haqlarının müdafiəsi üzrə beynəlxalq yay məktəbini bitirmişdir.
1998-2005-ci illərdə “Viza” hüquq firmasında hüquqşünas-məsləhətçi kimi fəaliyyət göstərmişdir.
2005-2009-cu illərdə isə “Viza Audit” MMC-nin baş direktoru vəzifəsində çalışmışdır.
2009-cu ildən hal-hazıradək sərbəst auditor kimi fəaliyyət göstərir.
2017-2018 illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Məhkəmələrlə İş və inzibati protokollar şöbəsinin müdiri;
2018-ci ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinin rəisi;
2018-2019-illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi;
2019-cu il yanvarın 1-dən aprel ayın 1-dək Azərbaycan Respublikası Auditorlar Palatasının Hüquqi təminat və standartlaşdırma idarəsinin rəisi;
2020-2021-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Hüquqi təminat idarəsinin rəisi;
2021-ci il yanvarın 5-dən etibarən isə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinin rəisi;
2022-2024-cü illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi;
2024-cü ildən etibarən isə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi;
2006-cı ildən Azərbaycan Hüquqçular Asossasiyasının idarə heyətinin üzvüdür.
2018-2019-cu illərdə Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvü;
2022-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvü;
2014-2018-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin sədri.