2026-cı ilin 01 may tarixində saat 12:00-da vebinar keçiriləcəkdir.

2026-cı ilin 01 may tarixində saat 1200-da auditorların fəaliyyətində mövcud çətinliklərin aradan qaldırılması məqsədilə “Auditorun şəxsi kabineti” sistemindən istifadə mövzusunda Palatanın üzvləri üçün (moderator – Auditin transformasiyası, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov)  maarifləndirici vebinar keçiriləcəkdir.

Vebinarın keçirilməsində əsas məqsəd auditorların “Auditorun şəxsi kabineti” sistemindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyənləşdirilməsi, bu sahədə bilik və bacarıqlarının artırılması, həmçinin audit rəylərinin və müqavilələrin sistem üzərindən düzgün qeydiyyatının təmin edilməsidir.

Sizdən xahiş edirik ki, həmin vebinarda fəal iştirak edəsiniz.

Vebinara aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09