Rəhimov Vəli Rəhim oğlu
Tel: 012 465 65 45 (daxili: 107)
1965-ci il martın 04-də Qərbi Azərbaycanın Krasnoselo rayounun Cil kəndində anadan
olmuşdur.
1982-ci ildə orta məktəbi bitirmiş, 1984-cü ildə D. Bünyatzadə adına Azərbaycan Xalq
Təsərrüfatı İnstituna daxil olmuşdur. 1989-cu ildə ildə N.A Voznesenk adına Leninqrad
Maliyyə-İqtisad İnstitunun Bakı filialının maliyyə kredit ixtisasını bitirmişdir.
1984-1987-ci illərdə Bakı Məişət Maşınları zavodunda qəlibçi işləmişdir.
1988-ci ildə Bakı şəhər, Kirov rayon Səhiyyə şöbəsində İqtisadçı vəzifəsində çalışmışdır.
1989-1993-cü illərdə Azərbaycan Elmi Tətqiqat və Təbii amillərlə müalicə institutunda baş
mühasibin müavini, baş mühasib vəzifəsində çalışmışdır.
1996-cı ildən hal-hazıradək Azərbaycan Respublikası Auditorlar Palatasının Maliyyə
Depatamentinin direktoru, Maliyyə-təsərrüfat idarəsinin rəisi vəzifələrində çalışır.
1998-ci ildə TASİS proqramı çərçivəsində Almaniyada keçirilən Müflisləşmə və sanasiya üzrə
təlim proqramında iştirak edərək sertifikat əldə etmişdir;
2001-ci ildə ASOSAİ proqramı çərçivəsində Banqladeşdə keçirilən Maliyyə auditi üzrə kurs
keçmiş və sertifikat əldə etmişdir;
2002-ci ildə ASOSAİ proqramı çərçivəsində Hindistanda keçirilən İT Auditi üzrə kursları
keçərək sertifikat əldə etmişdir;
2008-ci ildə Malaziyada Milli Audit Departamenti tərəfindən keçirilən İT AUDİTİ üzrə kursları
keçərək sertifikat əldə etmişdir.
2000-ci ildən Beynəlxalq Auditorlar İnstitunun (İİA) üzvüdür.
2010-cu ilin 29 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri
Fərmanı”na layiq görülmüşdür.
2013-cü ilin 06 may tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının
“Fəxri auditor” döş nişanına layiq görülmüşdür.
2016-cı il 04 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan
Respublikası Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin
inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki övladı var.