2019-cu il 24 iyul tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir

Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

 

1. Auditorlar Palatasının 2019-cu ilin I yarımili üzrə iş fəaliyyətinin yekunu üzrə hesabatının müzakirəsi barədə;

2. 2019-cu il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramı və qrafiki barədə;

3. “Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlarının (vəzifəli şəxslərinin) xüsusi hesabatı barədə qayda və hesabat forması” barədə;

4. Auditorların peşə məsuliyyətinin auditor xidmətindən istifadə edənlərə və ictimaiyyətə çatdırılması barədə.