Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Moskva şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Moskva şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.

2019-04-30

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Moskva şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.

 

  


Rusiya Federasiyasının “Sodrujestvo” özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının  prezidenti, professor Şeremet Anatoliy Daniloviçin dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor  Vahid Novruzov və Maliyyə və təşkilatı - texniki təminat idarəsinin rəisi, Auditorlar Palatası Şurasının üzvü  Vəli Rəhimov 24-26 aprel tarixlərində Rusiya Federasiyasının “Sodrujestvo” özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyası (CRO AAC) tərəfindən Moskva şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.Auditorlar Palatsının sədri  tədbir çərçivəsində təşkil olunan “Avrasiya regionu ölkələrində auditin, mühasibat uçotunun və beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqinin inkişafının aktual məsələləri” adlı beynəlxalq elmi-praktik konfransda “İqtisadiyyatın kölgələşməsinin azaldılmasında auditin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər və ölkə Prezidentinin müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verilmişdir.Eyni zamanda tədbirdə iştirak edən digər xarici ölkələrin audit qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilmiş və təcrübə mübadilələri aparılmışdır.  Tədbirin sonunda  Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Rusiya Federasiyasının “Sodrujestvo” özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin 2019-cu il 24 aprel tarixli 394 nömrəli qərarı ilə “Audit sahəsindəki xidmətlərinə görə” medalı ilə təltif edilmişdir.