Auditor təşkilatlarının rəhbərlərinin Nəzərinə!

Azərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə iş planının 4.10-cu "Gənclərin auditor peşəsinə daha geniş cəlb olunmalarının təmin edilməsi" bəndinə uyğun olaraq, Auditor təşkilatlarında çalışan audit mütəxəssislərini 2021-ci il 21 iyun tarixindən etibarən Auditorlar Palatası tərəfindən ödənişli əsaslarla təşkil olunmuş kurslarda iştirakı təmin edilməlidir.

Kurs vebinar formada 2021-ci il 21 iyun – 13 iyul tarixlərində saat 11:00-da keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva.

Əlaqə telefonları: (012) 465-21-75; (012) 465-65-48; (012) 498-28-55 (dax: 122); mobil (whatsapp) 055-866-44-29.

Qeyd: Məktub 2021-ci il 16 iyun tarixinədək cavablandırılmalıdır. Kursda iştirak edəcək mütəxəssis qeydiyyatdan keçməlidir.