Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 22 aprel tarixində növbəti “dəyirmi masa” təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 22 aprel tarixində növbəti “dəyirmi masa” təşkil olunmuşdur.

2019-04-22

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 22 aprel tarixində növbəti  “dəyirmi masa” təşkil olunmuşdur.

 




“Dəyirmi masa”da  Palatanın Kadr hazırlığı şöbəsinin müdiri Elmira Behbudova tərəfindən təqdim edilmiş  “Auditorların ixtisasartırma kurslarının təşkili üzrə yeni qaydalar”ın layihəsi və Palatanın İcraçı direktoru, Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsinin müdiri Səbuhi Gülməmmədov və Maliyyə və təşkilati-tekniki təminat idarəsinin rəisi Vəli Rəhimov tərəfindən təqdim edilmiş “Auditi aparılan təsərrüfat subyektinin yeni və əvvəlki auditorların qarşılıqlı münasibət və hərəkətlərinə dair metodik vəsait”in layihəsi məruzə olunmuşdur. Məruzələr ətrafında geniş müzakirələr aparıldı və layihələrə  dair “dəyirmi masa” üzvləri və iştirakçılar tərəfindən konkret təkliflər verildi Sonda təkliflər  və iradlar nəzərə alınmaqla “Auditi aparılan təsərrüfat subyektinin yeni və əvvəlki auditorların qarşılıqlı münasibət və hərəkətlərinə dair metodik vəsait”in layihəsinin təkmilləşdirilməsi və “Auditorların ixtisasartırma kurslarının təşkili üzrə yeni qaydalar”ın layihəsinin yenidən işlənilib  Auditorlar Palatası şurasının müzakirəsinə  təqdim olunması qərara alınmışdır.