Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinə M Ü R A C İ Ə T!

Azərbaycan Respublikası Auditorlar

Palatasının üzvlərinə

 

M Ü R A C İ Ə T!

 

Hörmətli həmkarlar!

 

Son zamanlar müvafiq dövlət qurumlarından və təsərrüfat subyektlərindən daxil olan məlumatlardan da göründüyü kimi bəzi auditorlar tərəfindən istər maliyyə hesabatlarının auditi, istərsə də digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), İFAC-ın bu sahə üzrə normativ sənədlərinin tələblərinə, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə partnyorluq Sazişinin müddəalarına, əməl edilməməsi, maliyyə hesabatlarının düzgün tərtib və təqdim olunmaması, rəylərin (BAS)-a uyğun formada verilməməsi, Palata Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına əməl edilməməsi hallarının hələ də rast gəlinir.

Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və öz səlahiyyətləri çərçivəsində həmin neqativ hallara qarşı mübarizəni mütəmadi olaraq davam etdirir.

Yalnız belə olan halda, biz ölkəmizdə auditor peşəsinin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə, auditin daha da təkmilləşdirilməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, auditdən gözlənilən dəstəyin göstərilməsinə nail ola bilərik.

Nəzərinizə çatdırırıq ki, Auditorlar Palatası tərəfindən istər Beynəlxalq Audit Standartlarının tələblərinə dair yeniliklər, istərsə də təlimatlar, tövsiyələr proqramlar və.s. mövzular Sizlərin hər birinə çatdırılmışdır və bu içlər tərəfimizdən hazırda da davam etdirilir.

Odur ki,Sizə bir daha xəbərdarlıq edilir ki, auditor xidməti zamanı yuxarıda sadalanan qanunvericiliyin,BAS-ın, Palatanın təsdiq etdiyi metodik vəsaitlərin, xüsusən də auditor rəylərinin düzgün tərtib olunmasının təmin edəsiniz.       (BAS-ın 700, 701, 705, 706, 710, 720. link- https://audit.gov.az/Az/page/414) Əks tədbirdə Auditorlar Paltası tərəfindən auditor təşkilatları və sərbəst auditorların barəsində öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görüləcəkdir. Nəzərə almağınızı xahiş edirik.

 

  Azərbaycan Respublikasının Auditorlar Palatası