Namazəliyev Yaşar Adil oğlu

1949-cu ilin martın 9-da Füzuli rayonunda anadan olmuşdur. 1970-cı ildə Dadaş Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Maliyyə və kredit» ixtisası üzrə bitirib təyinatla Bakı şəhər Maliyyə şöbəsində iqtisadçı vəzifəsinə təyin olunmuşdur.

1971-ci ilin avqust ayından Respublika Maliyyə Nazirliyinin aparatına köçürülüb Mədəniyyəti, səhiyyəni və sosial təminatı maliyyələşdirməsi İdarəsində baş iqtisadçı vəzifəsinə təyin edilmişdir. 1973-cü ilin dekabr ayında həmin idarədə kütləvi maarif və mədəniyyəti maliyyələşdirmə şöbəsinin rəisi təyin edilmişdir.

1974-1982-ci illərdə Ticarəti maliyyələşdirmə və pul tədavülü şöbəsinin rəisi vəzifəsində işləmişdir.

1983-1988-ci illərdə Sənayeni maliyyələşdirməsi İdarəsinin rəisi vəzifəsində işləmişdir.

1988-1992-ci illərdə Baş Büdcə İdarəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1990-cı il tarixli 37 №-li qərarı ilə Respublika Maliyyə Nazirliyinin Kollegiya üzvü təsdiq edilmişdir.

1993-cü ilin yanvar ayından 1996-cı ilin  avqust ayınadək Maliyyə Nazirliyinin nəzdində Təsərrüfat hesablı Auditor Mərkəzinin (AZƏRAUDİT) direktoru vəzifəsində işləmişdir.

Respublikada Auditorlar Palatasının yaranması ilə əlaqədar olaraq həmin Mərkəz 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ləğv olunmuşdur.

1996-2001-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasından lisenziya alaraq müstəqil «Azəri-Audit» auditor firmasını təsis etmış, direktor, auditor vəzifəsində işləmişdir.

2001-ci ilin iyun ayında Azərbaycan Respublikası Auditorlar Palatasının Nəzarət departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

2020-ci ilin iyul ayından Palata sədrinin müşaviri  vəzifəsində işləyir.

1976-1978-ci illərdə Moskva şəhərində yerləşən Ümumittifaq Qiyabi Maliyyə İqtisad İnstitutunda iki ixtisas üzrə kursları bitirmişdir.

1979-cu ildə Bakı şəhərində Marksizm-Leninizm Universitetini bitirmişdir.

1980-ci ildə SSRİ Maliyyə Nazirliyi və Dövlət İdarələri işcilərinin Həmkarlar İttifaqları Mərkəzi Komitəsi tərəfindən «Maliyyə işi əlaçısı» döş nişanı ilə təltif edilmişdir.

1988-ci ildə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının Dövlət İdarəetmənin Ali səviyyəli rəhbərlərinin İxtisasartırma İnstitutunda istehsalın İdarə olunması və təşkilinin müasir metodları üzrə tam xüsusi kursunu bitirmişdir.

1997-1998-ci illərdə Avropa Birliyinin «TACİC» proqramı çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatasında ixtisasartırma kursunu, davamını isə Almaniyada bitirib, Beynəlxalq Mühasibat uçotu prinsipləri və Audit metodologiyası, eləcə də Müflisləşmə üzrə mütəxəssis sertifikatlarını almışdır.

2000-ci ildən ABŞ-da yerləşən Daxili Auditorlar İnstitutunun üzvlüyünə qəbul edilərək Beynəlxalq sertifikat almışdır.

2006-cı ildə «Beynəlxalq Maliyyə Hesabatı Standartları» üzrə auditorların ümumi ixtisasartırma kursunu bitirmişdir.

27 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikasının "Fəxri auditor" döş nişanına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2011-ci il 15 sentyabr tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

2002-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.