“Publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditi üzrə metodik göstəriş”in təqdimatına dair seminar keçirilmişdir.
2019-04-16
“Publik hüquqi şəxslərdə maliyyə
hesabatlarının auditi üzrə metodik göstəriş”in təqdimatına dair
seminar keçirilmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 16 aprel tarixində “Publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditi üzrə metodik göstəriş”in təqdimatına dair seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Auditorlar Palatasının Aparatının rəhbəri Qəşəm Bayramov açaraq tədbir iştirakçılarını salamladı və rəhbərliyin adından seminarda iştirak etdiklərinə görə üzvlərə təşəkkürünü və tövsiyələrini çatdırdı. Q.Bayramov seminarın əhəmiyyətindən danışaraq bugünki seminarda müzakirə olunan Metodik göstərişin Palatanın üzvlərinin praktik işlərində tətbiq edəcəkləri çox dəyərli bir sənəd olduğunu qeyd edib.
Daha sonra çıxış üçün Auditorlar Palatası Şurası yanında elm və auditin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbova söz verildi. N.Talıbov Publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditi üzrə hazırlanmış metodik göstəriş ilə bağlı geniş məruzə ilə çıxış edərək bildirib ki, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi"nə, "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamədən irəli gələn öhdəliklərin və Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 1.2.1-ci "Publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditi üzrə metodik göstərişin hazırlanması" maddəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditi ümumiyyətlə Azərbaycanda məcburi audit subyektlərin əhatə dairəsinin genişləndirilməsinə səbəb olan bir istiqamətdir.
N.Talıbov Publik hüquqi şəxslərin auditi zamanı nəzərə alınmalı olan səciyyəvi xüsusiyyətlər, Publik hüquqi şəxslərin auditi zamanı mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi vəziyyəti yoxlanılarkən nəzərə alınmalı qaydalar barədə məlumatlar verdi və maliyyə hesabatlarının auditi aparılarlən beynəlxalq Audit Standartlarının (BAS), Sahəvi audit proqramlarının və Auditorlar Palatasının Şurası tərəfindən təsdiq edilmiş normativ sənədlərin tələblərinə riayət olunmasını vurğuladı.
Seminarın gedişatında Metodik göstəriş barəsində ətraflı müzakirələr aparılmış və iştirakçılar - Sərbəst auditor Axundov Vaqif, Sərbəst auditor Axundov Nazim, “Cavid-Audit” MMC-nin direktor auditoru Məmmədov Şahbaz, “JPA İnternational Azərbaycan” MMC-nin director-auditoru Vəli Rəhimov tərəfindən verilmiş suallar Nəcəf Talıbov tərəfindən cavablandırılmışdır.