AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ ÜZVLƏRİNİN NƏZƏRİNƏ!

 

 Hörmətli Auditorlar,

Azərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə iş planının 4.2-ci "Auditorların ixtisasartırma kurslarının keçirilməsi" bəndinə, Palata Şurasının 2021-ci il 12 iyul tarixli 332/3 nömrəli “2021-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı” barədə Qərarına və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2020-ci il 20 may tarixli 320/3 saylı “2020-ci il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikinin layihəsinin hazırlanması barədə“ Şura Qərarının 2-ci “2020-ci ildə auditorların, o cümlədən auditor fəaliyyəti ilə məşğul olmaq hüququnu verən xüsusi razılığı (icazəni) müvəqqəti olaraq Palataya qaytaran şəxslərin, habelə auditor adı almaq üçün imtahanı müvəffəq vermiş və xüsusi razılığı (icazəni) almamış şəxslərin Palata tərəfindən cari ildə keçiriləcək ixtisasartırma kurslarında iştirak etmələri ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi təmin edilsin.” bəndinin icrasına müvafiq olaraq, Auditorların ixtisasartırma kursları 2021-ci il 01 sentyabr tarixindən başlayacaqdır.

Pandemiya vəziyyəti ilə əlaqədar olaraq, auditorların ixtisasartırma kursları Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2020-ci il 15 aprel tarixli 1/12 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Pandemiyaya qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasına dair Azərbaycan Respublikası Auditorlar Palatasının Tədbirlər Planı”nın 18-ci “Palata üzvləri ilə razılaşdırılmaqla auditorların ixtisasartırma kurslarının distant üsulla keçirilməsinin təşkili” bəndinə əsasən, 2021-ci il 01-24 sentyabr tarixlərində həftə ərzində 5 (beş) gün saat 11:00-13:00-dək distant üsulla keçiriləcəkdir.

Kursda iştirak etməyiniz mütləqdir.

Kursun tədris qrafiki ilə tanış olmaq üçün bura daxil olun.

I, II, III Qruplar üzrə kursda iştirak edəcək auditorların Siyahısı ilə tanış olmaq üçün bura daxil olun.

IV, V, VI, VII Qruplar üzrə kursda iştirak edəcək auditorların Siyahısı ilə tanış olmaq üçün bura daxil olun.

Kursda iştirak etmək üçün aşağıda qeyd olunmuş linkə daxil olmalısınız.

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

Ətraflı məlumat əldə etmək üçün əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva.

Əlaqə telefonları: (012) 498-28-55 (dax: 122),  (012) 465-21-75 (idarə).

Mobil (whatsapp): 055-866-44-29.

E-mail: training@audit.gov.aza

Ünvan: S.Y. Bakuvi küç., 35.

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI