Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunmuş “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda 2021-ci il 16 sentyabr tarixində Bakıda beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

Konfransda Azərbaycan Rspublikasının dövlət qurumlarının rəhbərlərinin, habelə Avstriya, Belçika, Gürcüstan, Latviya, Macarıstan, Makedoniya, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna ölkələrindən olan mütəxəssislərin, peşəkar mühasibat və audit qurumlarının rəhbərlərinin iştirakı və çıxışları nəzərdə tutulmuşdur.

 

Təşkilat Komitəsi