Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvlərinə

Ulu öndər Heydər Əliyev tərəfindən başlanılan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilən sahibkarlığın inkişafı və sahibkarların  fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması sahəsində görülən tədbirlər sahibkarlığın inkişafına süni maneələri aradan qaldırmaqla iqtisadi islahatların yeni mərhələsinə təkan vermiş, kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı mübarizə üçün zəmin yaratmışdır. Dövlət idarəçilik sistemində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur. Ölkə Prezidentinin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyənləşdirilmişdir. Həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai nəzarətin gücləndirilməsi və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətinin müsbət nəticələrindəndir. Ölkəmizdə maliyyə şəffaflığının əsas təminatçılarından olan müstəqil audit də bu sahədə mühüm rol oynamaqdadır.  Azərbaycan Respublikasının Auditorlar Palatası cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və korrupsiyaya qarşı mübarizədə öz tərəfdaşları ilə, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə məhsuldar əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkəmizdə biznes mühitinin inkişafına dəstək məqsədi ilə "ÖZƏL SEKTORDA ANTİ-KORRUPSİYA STANDARTLARI" adlı vəsaitin   hazırlanması da bu mübarizədə  diqqətəlayiq  bir sənəd olmaqla,  özəl sektor nümayəndələri, müvafiq peşəkar qurumlar və o cümlədən müstəqil audit üçün maraqlı və faydalıdır.

Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən bu ilin oktyabr-noyabr aylarında "ÖZƏL SEKTORDA ANTİ-KORRUPSİYA STANDARTLARI" mövzusunda birgə onlayn seminar-müşavirənin keçirilməsi nəzərdə tutulur. Müşavirənin dəqiq keçrilmə tarixi əlavə olaraq iştirakçılara bildiriləcək və onlayn tədbirə qoşulma imkanı yaradılacaqdır.                                                                                                    

Xahiş edirik ki, müşavirədə də iştirakınızı 30 sentyabr 2021-ci il tarixə qədər təsdiqləyin və təkliflərinizi Auditorlar Palatasına təqdim edin.

Azərbaycan Respublikasının Auditorlar Palatası