Auditorlar Palatasının nümayəndə heyəti Azərbaycan Mühasiblər və Risk Peşəkarlar Assosasiyasının (ARPA) yaranmasına həsr olunmuş tədbirdə iştirak etmişdir.
2019-03-13
Auditorlar Palatasının sədri Vahid Novruzov və Palatası Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov Azərbaycan Mühasiblər və Risk Peşəkarlar Assosasiyasının (ARPA) yaranmasına həsr olunmuş tədbirdə iştirak etmişdir.
Tədbirdə çıxış edən şəxslər ARPA-nın missiyası, fəaliyyət istiqamətləri və 10 ildə əldə olunan nəaliyyətləri barəsində məlumat vermişlər.Palata sədri Vahid Novruzov tədbirdə çıxış edərək ARPA-nın nəaliyyətlərini yüksək qiymətləndirmişdir və bildirmişdir ki, ARPA-nın fəaliyyəti Beynəlxalq peşəkar qurumların da diqqətini cəlb etmişdir. O Dünya bankının bir sıra proqramlarına, o cümlədən STAREP və REPARIS proqramları üzrə tədbirlərinə cəlb edilmişdir. Eyni zamanda ARPA-nın Beynəlxalq Mühasiblər Federasiyası ilə əməkdaşlıq niyyəti də təqdirə layiqdir və Auditorlar Palatası 2018-ci ilin dekabr ayında ARPA ilə əlaqədar öz ilkin tövsiyə müraciətini IFAC-a təqdim etmişdir.