Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 27 fevral tarixində növbəti “dəyirmi masa” təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 27 fevral tarixində növbəti “dəyirmi masa” təşkil olunmuşdur.

2019-03-01

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 27 fevral tarixində növbəti  “dəyirmi masa” təşkil olunmuşdur.

 




“Dəyirmi masa”da Hüquqi təminat və standartlaşdırma idarəsinin rəisi Elnur İbrahimov və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən təqdim edilmiş  "İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan auditor təşkilatlarına və sərbəst auditorlara qarşı xüsusi tələblər”in layihəsi, sədrin elmi metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən təqdim edilmiş “Publik hüquqi şəxslərdə  maliyyə hesabatlarının auditi üzrə metodik göstəriş”in layihəsi və Hüquqi təminat və standartlaşdırma idarəsinin rəisi Elnur İbrahimov tərəfindən təqdim edilmiş “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə dəyişikliklər edilməsinə dair hazırlanmış layihə məruzə olunmuşdur.
Məruzələr ətrafında geniş müzakirələr aparıldı və layihələrə  dair “dəyirmi masa” üzvləri və iştirakçılar tərəfindən konkret təkliflər verildi. Sonda təkliflər  və iradlar nəzərə alınmaqla hər 3 sənədin  yenidən işlənilib təkmilləşdirilməklə Auditorlar Palatası şurasının müzakirəsinə  təqdim olunması qərara alınmışdır.