Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşdə iştirak etmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə ümumxalq yürüşdə iştirak etmişdir.

2019-02-27

Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi  Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə  ümumxalq yürüşdə iştirak etmişdir.

 




Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşdə iştirak etmişdir.Yürüş iştirakçıları ilə birgə Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı" abidəsinə doğru hərəkət edərək keçdikləri prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer" və s. çağırışlar və şüarlar nümayiş etdirilmişdir.Auditorlar Palatasının kollektivi yürüş iştirakçıları ilə birgə “Ana harayı” abidəsini ziyarət edib, bu hadisə qurbanlarının ruhuna Allahdan rəhmət diləmişlər.