Auditorlar Palatasında BDO-nun nümayəndə heyəti ilə işgüzar görüş keçirilmişdir.
2019-01-30
2019 -cu il yanvar ayının 30-da Auditorlar Palatasında BDO-nun Baş Ofisində Avropa, Yaxın Şərq və Afrika (AYŞA) üzrə Baş Direktoru, Norveç ofisinin keçmiş idarəedici partnyoru Trond-Morten Lindberg və BDO İsrail ofisinin idarəedici patnyoru Şahar Ziv ilə işgüzar görüş keçirilmişdir.Görüşdə qonaqlara ölkəmizdə şəffaflığa və hesabatlılığa verilən önəm, Azərbaycan auditi, Auditorlar Palatasının tarixi, Dövlət Proqramlarında iştirakı, Kölgə iqtisadiyyatının azaldılması sahəsində görülən tədbirlər, habelə "BDO Azərbaycan" MMC-nin fəaliyyəti və uğurları barəsində ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Cənab Lindberg audit sahəsində görülən işlərin beynəlxalq tələblərə müvafiqliyini vurğulamış, cənab Şahar Ziv isə İsrail-Azərbaycan audit tənzimləyicilərinin əməkdaşlığının qurulması sahəsində müvafiq addımların atılmasına müsbət münasibətini bildirmişdir.