Xatırladırıq ki, auditor rəylərinin alınmasının son müddəti:
Maliyyə-sənaye qrupları üçün 30 martadək;
Xahiş edirik ki, göstərilən müddət ərzində öz maliyyə hesabatlarınızın auditor rəyi ilə təsdiq edilməsini təmin edəsiniz. Bununla da Siz ölkəmizdə həyata keçirilən şəffaflıq strategiyasına öz töhvənizi verməklə digər tərəfdaşlarınızın və investorların etibarını qazanmış olarsınız.
Nəzərinizə çatdırırıq ki, məcburi auditdən yayınmaya görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan 3000 manatadək inzibati cərimədən başqa, Vergi Məcəlləsinin 57.4.-cü maddəsinə əsasən həmin Məcəllənin 16.1.4-cü maddəsində göstərilən, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda auditor rəyini müəyyən edilən müddətlərdə təqdim etməyən vergi ödəyicisinə Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD№-li "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununa əsasən 2022-ci il yanvarın 1-dən 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Xahiş edirik ki, yuxarıda qeyd edilənləri nəzərə alasınız və Auditorlar Palatasının rəsmi internet səhifəsində üzvlərimizin siyahısına daxil olaraq müstəqil auditorun dəvət olunması ilə yaranan bütün suallar ilə əlaqədar müraciət edəsiniz.
Eyni zamanda xatırladırıq ki, auditor rəylərinin müvafiq maraqlı tərəflərə əlçatanlığının təmin edilməsi və tələb olunduğu hallarda kütləvi informasiya vasitələrində (KİV) nəşrinə də təsərrüfat subyektlərinin rəhbərləri və məsul şəxsləri cavabdehdirlər.
Azərbaycan Respublikasının Auditorlar Palatası