Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 2022-ci ilin 23 fevral tarixində saat 11:00-da “Mal-material, xammal ehtiyatlarının auditi” mövzusunda növbəti “ustad dərsi” keçiriləcəkdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2021-ci ilin 30 dekabr tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin  (konfranslar, simpoziumlar, «dəyirmi  masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafiki”nə uyğun olaraq 2022-ci ilin 23 fevral tarixində saat 1100-da “Mal-material, xammal ehtiyatlarının auditi” mövzusunda  növbəti “ustad dərsi” (moderator – Vəli Rəhimov, məruzəçi – Altay Cəfərov) və “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqlla bağlı auditorun məsuliyyəti və ya necə korrupsiya qurbanına çevrilməmək istiqamətləri?” mövzusunda seminar (moderator – Nəcəf Talıbov, məruzəçi – Vəli Rəhimov) keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin “ustad dərsi”ndə və seminarda fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

Konfrans ID: 528 293 2267

 

Şifrə: ARAP2020

 

 

Azərbaycan Respublikası Auditorlar Palatası