Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu ilin 16 yanvar tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu ilin 16 yanvar tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

2019-01-16

Azərbaycan Respublikasının Auditorlar Palatasında  2019-cu ilin 16 yanvar tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

 



Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 16 yanvar tarixində Auditorlar Palatasında növbəti  “dəyirmi masa” təşkil olunmuşdur. “Dəyirmi masa”da Hüquqi təminat və standartlaşdırma idarəsinin rəisi Elnur İbrahimov və Auditorlar Palatasının Qanunvericilik və hüquqi məsələlər üzrə komitəsinin sədri Elçin Qurbanov tərəfindən təqdim edilmiş  “Auditor təşkilatları və sərbəst auditorların müflisləşmə zamanı aparılan audit işinin təşkili üzrə Metodik Göstərişlər”in layihəsi  və Korrupsiyaya, dempinq və haqsız reqabətə qarşı mübarizə üzrə komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev tərəfindən təqdim edilmiş “Dələduzluq risklərinin qiymətləndirilməsi üzrə metodik vəsait”in layihəsi məruzə olunmuşdur . Məruzələr ətrafında geniş müzakirlər aparıldı və layihələrə  dair “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verildi. Sonda təkliflər  və iradlar nəzərə alınmaqla hər 2 sənədin  yenidən işlənilib təkmilləşdirilməklə təqdim olunması tövsiyə edilmişdir.