Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri tərəfindən 2021-ci ilin 30 dekabr tarixində təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin (konfranslar, simpoziumlar, «dəyirmi masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafik”inə uyğun olaraq 2022-ci ilin 16 mart tarixində saat 1100-da “Çirkli pullara və korrupsiyaya qarşı milli mübarizə sistemində auditorların rollarının gücləndirilməsi barədə” mövzusunda seminar (moderator – Qəşəm Bayramov, məruzəçi – Elnur İbrahimov) və “Korrupsiyaya və PL/TM qarşı mübarizə barədə Azərbaycan Respublikasının qanunvericiliyinin şərhi” mövzusunda seminar (moderator – Qəşəm Bayramov, məruzəçilər – Elçin Qurbanov və Elnur İbrahimov) keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, hər iki seminarda fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikası Auditorlar Palatası