Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri tərəfindən 2021-ci ilin 30 dekabr tarixində təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin (konfranslar, simpoziumlar, «dəyirmi masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafik”inə uyğun olaraq 2022-ci ilin 29 mart tarixində saat 1100-da “Audit zamanı daxili nəzarətin effektliyinin qiymətləndirilməsi” mövzusunda növbəti “ustad dərsi” (moderator – Nəcəf Talıbov, məruzəçi – Səftər Vəlizadə) və “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili barədə” mövzusunda seminar (moderator – Nəcəf Talıbov, məruzəçi – Vasif Cavadov) keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin “ustad dərsi”ndə və seminarda fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09