“Daxili auditin planlaşdırılnası” proqramı üzrə tədris edilən növbəti təlimin sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir. 2018-12-28
Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasında beynəlxalq təcrübə əsasında daxili auditor kadrlarının hazırlanması məqsədilə növbəti “Daxili auditin planlaşdırılması” proqramı üzrə tədris kursu keçirilmişdir. Tədris “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Camal Rzayev tərəfindən aparılmışdır.
Kurslarda “Azərişıq” ASC-ni, “Azərenerji” ASC-ni, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni, “Xəzər Dəniz Gəmiçiliyi” ASC-ni, “Ernst & Yanq Holdinqs (SİAyEs) Bi.Vi.” MMC-ni, “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-ni, “İntex Audit” MMC-ni, Azərbaycan Respublikasının Auditorlar Palatasını təmsil edən 11 nəfər nümayəndələri iştirak etmişdir. 2018-ci il 21 dekabr tarixində Auditorlar Palatasında kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.
Təqdimetmə mərasimində “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Camal Rzayev və Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Elmira Behbudova təlimi müvəffəqiyyətlə bitirmiş nümayəndələri təbrik edərək sertifikatlarını təqdim etmişlər.