Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2021-ci ilin 30 dekabr tarixində təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin (konfranslar, simpoziumlar, «dəyirmi masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafik”inə uyğun olaraq 2022-ci ilin 23 may tarixində saat 1100-da “Auditor xidmətinin sifarişçiləri və onların tənzimləyici qurumları ilə auditor seçiminə dair müsabiqə prosedurlarının təkmilləşdirilməsi” (moderator – Elnur İbrahimov “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti”, “Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik”, “Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı” (moderatorlar – Qəşəm Bayramov, Vəli Rəhimov, məruzəçilər – Zahid Qədimli, Nəriman Niftəliyev) mövzularında ustad dərsləri keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin seminar və ustad dərslərində fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09