Hörmətli Auditorlar Palatasının üzvləri!
Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, auditorların peşəkarlıq səviyyəsinin və auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və normativ sənədlər hazırlayır.
Həmin sahələr üzrə həyata keçirilən işləri qiymətləndirmək və gələcəkdə auditorların peşə fəaliyyətini gücləndirmək və təkmilləşdirmək üçün Sizlərin fikirlərinizi, təkliflərinizi və tövsiyələrinizi öyrənmək bizim üçün çox önəmli və əhəmiyyətlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirik ki, təqdim etdiyimiz sorğunun suallarını 2 həftə ərzində aşağıdakı link vasitəsilə cavablandırasınız: