Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2021-ci ilin 30 dekabr tarixində təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin (konfranslar, simpoziumlar, «dəyirmi masa»lar, seminarlar, ustad dərsləri və s.) aylar üzrə Qrafik”inə uyğun olaraq 2022-ci ilin 3 iyun tarixində saat 1100-da “Auditdə psixoloji məqamlar” (moderator – Qəşəm Bayramov, məruzəçi – Nəcəf Talıbov) mövzusunda “ustad dərsi” və “İqtisadi subyektin maliyyə sabitliyi, ödəmə qabiliyyətliyi və likvidliyi” (moderator – Qəşəm Bayramov, məruzəçilər – Nəcəf Talıbov, Vəli Rəhimov, Namiq Abbaslı) mövzusunda seminar keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin ustad dərsi və seminarda fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikasının Auditorlar Palatası