2018-ci il 20 dekabr tarixində “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda Auditorlar Palatasında təlim keçmiş mütəxəssislərə sertifikatların təqdimetmə mərasimi keçirilmişdir

2018-ci il 20 dekabr tarixində “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda Auditorlar Palatasında təlim keçmiş mütəxəssislərə sertifikatların təqdimetmə mərasimi keçirilmişdir

2018-12-24

2018-ci il 20 dekabr tarixində “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda Auditorlar Palatasında təlim keçmiş mütəxəssislərə sertifikatların təqdimetmə mərasimi keçirilmişdir

 



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi əhəmiyyət kəsb edir.
Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Auditorlar Palatası maliyyə hesabatlılığı sahəsində sahibkarlara dəstək göstərilməsi məqsədilə, 2018-ci il 10-14 dekabr tarixlərində “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda       5 günlük ödənişsiz təlimlər keçirmişdir.
Təlimlər Auditorlar Palatasının üzvləri olan “Praysvoterhauskupers”, “Davud Mamedov”, “Deloitte & Touche”, “Prime-Audit” xarici və yerli auditor şirkətlərinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri tərəfindən keçirilmişdir.
Təlimlərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi - Nəsimi rayon Məşğulluq idarəsiniİqtisadi Araşdırmalar və Tədris Mərkəzini, Maliyyə Nazirliyinin “Məlumat-Hesablama Mərkəzi” MMC-ni, İqtisadiyyat Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" MMC-ni, “Azər-Türk Bank” ASC-ni, “AFB Bank” ASC-ni, “Xalq Bank” ASC-ni, “Bank Respublika” ASC-ni, “Bank Melli İran”-ı, “A-Qroup Sığorta Şirkəti” ASC-ni, “AXA MBASK SŞ” ASC-ni, “Azərbaycan Sənaye Sığorta” ASC-ni, "Rəvan Sığorta" ASC-ni, “İpək Yolu Sığorta” ASC-ni, “Günay Sığorta” ASC-ni, “Təmiz qaz” QSC-ni, “Aqrarkredit" QSC-ni,  Baku Hospitality Group-u, Bakı Sağlamlıq Mərkəzini, “Baku Business Consulting” MMC-niAccounting.Az, “FİRE SAFETY AND SECURİTY SİSTEMS” MMC-ni, “CNCo.LTD” MMC-ni təmsil edən 35 nəfər mütəxəssisləri iştirak etmişdir.
2018-ci il 20 dekabr tarixində Auditorlar Palatasında təlimlərdə iştirak edən şəxslərə sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.
Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Professor Vahid Novruzov iştirakçıları salamlayaraq ölkə Prezidentinin rəhbərliyi altında son günlərdə şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər barədə geniş məlumat verdi və təlimlərdə iştirak etmiş mütəxəssislərə uğurlar arzuladı.
Daha sonra moderatorlar “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-nin auditoru Tural Ağayev, “Davud Mamedov” MMC-nin direktoru-auditor Davud Məmmədov, “Prime-Audit” MMC-nin təmsilçisi Kənan Kərimov, təlim iştirakçıları adından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Nəsimi rayon Məşğulluq idarəsi Baş məsləhətçisi Pərviz Behbudov, “Bank Melli İran” Bakı Filialının Baş mühasibi Vüqar Mirheydərov, “Azər-Türk Bank” ASC-nin Daxili audit departamentinin direktoru Emil Qarayev çıxış etmişlər. Natiqlər təlimlərin təşkilinə görə Auditorlar Palatasının rəhbərliyinə dərin təşəkkürlərini bildirmiş və bu cür təlimlərin davamlı olmasını xahiş etmişlər.

Sonda dinləyicilərə sertifikatlar təqdim edilmiş və xatirə şəkli çəkilmişdir. Tədbir AzTV-də və AZƏRTAC-da geniş işıqlandırılmışdır.

https://azertag.az/xeber/Auditorlar_Palatasinda_telimlerde_istirak_etmis_mutexessislere_sertifikatlar_verilib-1226383