Auditorlar Palatası ilə Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası arasında memorandum imzalanıb- AZƏRTAC

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Azərbaycan Respublikasının Auditorlar Palatası ilə baş iqamətgahı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərində yerləşən İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası arasında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə, həmçinin Auditorlar Palatasının inkişafi və kadr hazırlığı sahəsində beynəlxalq sertifikasiya məsələlərinin həlli, bu sahədə qabaqcıl təcrübənin tətbiqi ilə bağli müzakirələr aparılıb.