Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Qazaxıstan Respublikası Auditorlar Palatasının yubiley tədbirində iştirak etmişdir
2018-12-04
Auditorlar Palatasının nümayəndə heyəti 2018-ci il 4-7 dekabr tarixlərində Qazaxıstan Respublikasının Almata şəhərində Qazaxıstan auditinin 30 illiyinə, Qazaxıstan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyinə və Palatanın Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) üzvlüyünün 20 illiyinə həsr olunmuş yubiley tədbirdə iştirak etmişdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov yubiley tədbirində təbrik nitqi və yubiley tədbiri çərçivəsində təşkil olunan “XXI əsrdə auditin inkişaf tendensiyaları - iqtisadiyyat və cəmiyyətə təsiri” adlı elmi-praktik konfransda “Auditdə müasir dövrün çağırışları” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə tədbir iştirakçılarına ölkəmizdə son dövrlərdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər və ölkə Prezidentinin müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verilmişdir.
Eyni zamanda yubiley tədbirində iştirak edən digər xarici ölkələrin audit qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilmiş və təcrübə mübadilələri aparılmışdır.