Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Şura iclasında iştirak etmişdir

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Şura iclasında iştirak etmişdir

2018-11-20

 Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Şura iclasında iştirak etmişdir

 




2018-ci il 19-20 noyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Respublikası Auditorlar Palatasının həqiqi üzvü olduğu Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Şura iclasında və EFAA-nın Avstriya Mühasiblər və Auditorlar Palatası (KSW) ilə birgə keçirdiyi “Kiçik və Orta Müəssisələr tərəfindən qeyri-maliyyə məlumatlarının təqdim edilməsi” mövzusunda toplantıya qatılmış və səfər Proqramı çərçivəsində təşkil olunan müzakirələrdə Auditorlar Palatasının sədri Vahid Novruzov tərəfindən “Azərbaycan Respublikasında auditin təşkili, tənzimlənməsi və keyfiyyətinə nəzarət sistemi: mövcud vəziyyət və inkişaf istiqamətləri” mövzusunda məruzə tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.