Azərbaycan Respublikası Auditorlar Palatasının mütəxəssisləri Milli Aviasiya Akademiyasında olmuşlar.
2018-11-20
Azərbaycan Respublikası Auditorlar Palatasının mütəxəssisləri
Milli Aviasiya Akademiyasında olmuşlar.
Milli Aviasiya Akademiyasının dəvəti ilə Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi Vəli Rəhimov və Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Səbuhi Gülməmmədov Akademiyanın müəllim və tələbə heyəti ilə 2018-ci il 16 noyabr tarixində “Nəqliyyat təşkilatlarının maliyyə hesabatlılığının şəffaflılığının təmin olunmasında mühasibat uçotunun və auditinin rolu” mövzusunda təşkil edilmiş elmi seminarda iştirak etmişlər.
Seminarı giriş sözü ilə Milli Aviasiya Akademiyasının “Dünya İqtisadiyyatı” Kafedrasının müdiri i.e.d., professor Səfər Pürhani açıq elan edərək tədbir iştirakçılarını salamladı və seminarın əhəmiyyətindən danışdı. Daha sonra çıxış üçün Auditorlar Palatasının nümayəndələrinə söz verildi. Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və Auditorlar Palatasının Maliyyə və təsərrüfat idarəsinin rəisi Vəli Rəhimov “Maliyyə hesabatlılığının şəffaflılığının təmin olunmasında mühasibat uçotunun və auditinin rolu” mövzusunda, Auditorlar Palatasının Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Səbuhi Gülməmmədov isə Kadr hazırlığı sahəsində Milli Aviasiya Akademiyası və Auditorlar Palatasının birgə görəcəyi məsələlər ilə bağlı məruzə ilə çıxış etmişlər.
Sonda hər iki qurum arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılığa gəlinmişdir.Auditorlar Palatasının nümayəndələri dinləyiciləri maraqlandıran suallara cavab vermişlər və xatirə şəkilləri çəkdirmişlər.